“Hyundai Motor Group” Xorvatiyaya xüsusi önəm verir
(®) Koreyanın “Hyundai Motor Group” şirkəti, Xorvatiyanın “Rimac Automobili” şirkətinin tərəfdaşı qismində Xorvatiyanın Baş naziri Andrej Plenkoviçin və Xorvatiyanın digər hökümət nümayəndələrinin iştirakı ilə təşkil olunmuş yeni avtomobil sənayesinin Xorvatiya iqtisadiyyatına təsirinin müzakirə olunduğu tədbirdə iştirak etmişdir.
Hyundai şirkətinin icraçı vitse prezidenti Tomas Şemera Xorvatiya hökümətinin “Rimac Automobili” şirkəti ilə əməkdaşlığını təşviq etməsini yüksək qiymətləndirmişdir.
Xatırladaq ki, may ayında “Hyundai Motors Group” şirkəti yüksək effektivli avtomobillərin yaradılmasını sürətləndirmək üçün 80 milyon evro investisiya etdiyini açıqlamışdı. Hal-hazırda şirkətlərin əməkdaşlığı orta sinif üçün elektriklə çalışan Hyundai N və yüksək məhsuldarlıqlı FCEV avtomobillərin prototipinin yaradılması üzərində qurulmuşdur. Növbəti mərhələdə Xorvatiyanın yeni nəsil avtomobillərin istehsal və tədarük mərkəzi rolunu oynaması hədəflənməkdədir.
Məlumat üçün deyək ki, “Rimac Automobili” şirkəti 2009-cu ildə 21 yaşı olan Mate Rimak tərəfindən yaradılmışdır. Şirkət şaquli istehsal sistemini tətbiq etməklə 500 nəfərə qədər əməkdaşın EV-lər üçün müxtəlif texnoloji hissələrinin hazırlanması ilə məşğul olur.
Qeyd edək ki, Hyundai ECO seriası ilə ölkəmizdə yalnız İONİQ EV (tama elektrik) və İONİQ PHEV (Plug in hibrid) modelləri ilə təmsil olunmaqdadır. Ölkəmizə yeni gətirilmiş İNOQ PHEV avtomobilinin geniş ictimaiyyətə təqdimatı bu ay keçirilmiş “Caspian Motor Show” sərgisində edilmiş və avtomobil sərgi iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Avtombil ölkəmizdə 56900 AZN-dən başlayan qiymətlərlə təklif edilir.
Ətraflı məlumat: hyundai.az/ioniq-plug-in-hybrid/
Telefon: 989
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 d. əvvəl
-
2 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 2 saat əvvəl
-
3 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
3 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
3 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
4 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 4 saat əvvəl