Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda minik avtomobili istehsalında böyük artım

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda minik avtomobili istehsalında böyük artım

“Marja” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar - iyun aylarında (ilk 6 ayda) Azərbaycanda 1112 ədəd minik avtomobili istehsal edilib (yığılıb). 2018-ci ilin yanvar - iyun ayları ilə müqayisədə minik avtomobili istehsalı 8,5 dəfə artıb.


2019-cu ilin Yanvar ayında 89 ədəd, Fevralında 87 ədəd, Martında 107 ədəd, Aprelində 153 ədəd, Mayında 490 ədəd, İyun ayında isə 186 minik avtomobili istehsal edilib. 

 

01.07.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı 264  ədəd təşkil edib. 01.06.2019-cu il vəziyyətinə də hazır məhsul ehtiyatı 297 ədəd təşkil etmişdi.

 

​Ötən il Azərbaycanda 969 ədəd minik avtomobili yığılmışdı. 01.01.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı 193 ədəd təşkil etmişdi (yığılmış avtomobillərin 20%-i).

 
2019-cu ildə Neftçaladakı “Khazar” avtomobil zavodunda 3000 avtomobil istehsalı nəzərdə tutulur. Bunu “Azərmaş” ASC-nin idarə heyətinin sədri Emin Axundov jurnalistlərə açıqlamasında deyib. Plana görə, il 4 ayda “Khazar” avtomobil zavodu 1000 ədəd avtomobil yığmalı idi. 


Azərbaycanda Naxçıvan Avtomobil Zavodu da minik avtomobilləri yığır. 

 

TRAKTOR İSTEHSALI AZALIB

 

Həmçinin, 2019-cu ilin yanvar- iyun dövründə ölkəmizdə 747 ədəd traktor istehsal edilib. 2018-ci ilin yanvar-iyun dövrü ilə müqayisədə traktor istehsalı 11% azalıb.

 

Ötən il ölkəmizdə 1303 ədəd traktor istehsal edilmişdi. 

17.07.2019 07:47

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ