Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Avropa mənfi faizdə batıb, xilas yolu tapılmır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avropa mənfi faizdə batıb, xilas yolu tapılmır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Avropada iqtisadi artımı və inflyasiyanın yüksəlməsini dəstəkləmək üçün Avropa Mərkəzi Bankının depozit faizi mənfi səviyyədədir.
 

"Marja"nın məlumatına görə, mənfi faiz Avro Zonası üçün müvəqqəti bir tədbir olaraq düşünülmüşdü, ancaq beş ildir davam edən mənfi şərtlərə baxmayaraq, Avropa Mərkəzi Bankı (AMB) hazırda hədəflərinə çatmayıb və bəlkə də faizləri daha da aşağı sala bilər. Yaponiya, İsveçrə, İsveç və Danimarkada da faizlər, bir vaxtlar pul siyasəti üçün alt sərhəd olaraq qəbul edilən sıfır səviyyəsindən aşağıdadır. 
 

Reklam_3_11

Qlobal iqtisadi artımın yavaşlaması ilə, mənfi faizlər yerini qoruyur. Ancaq nə qədər uzun müddət qalarsa, iradlar o qədər artır. Ən çox edilən tənqidlərə görə, mənfi faizlər bankları zəiflədir, əmanət sahiblərinə mənfi təsir göstərir, özəl sektorun borclarını artırır, ölü şirkətlərə yardım davam etdirilir və bir sıra aktivlərin qiymətləri yüksəlir. 
 

Mərkəzi bankirlər həll yollarının ideal olmadığını, ancaq eyni zamanda atdıqları addımlarının deflyasiyadan qorunmaqda və iqtisadi inkişafı dəstəkləməyə kömək olduğunu qeyd edirlər.
 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

Bu baxımdan risk, mənfi faizlərin daimi hala gələrək kök atması ssenarisidir. Bu, xərclərini fərdi əmanət sahiblərinə əks etdirməyən banklar üçün ciddi bir qorxudur.
 
 
Deutsche Bankın iqtisadçısı David Folkerts-Landau, Avro Bölgəsi banklarının neqativ faiz siyasətinə görə ildə təxminən 8 milyard avro (9 milyard dollar) itkiləri olduğunu hesablayıb. "Nordea Bank"ın İcraçı Direktoru Casper von Koskull isə mənfi faizi, "Avropa banklarını boğan təhlükəli bir mühit" kimi xarakterizə edib.

 

Qeyd edək ki, Avropa Mərkəzi Bankının pul siyasəti faizi (uçot dərəcəsi) sıfırda, depozit faizi mənfi 0.40%-də və marjinal maliyyələşmə faizi isi 0.25% səviyyəsindədir

18.07.2019 06:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ