Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda təhlükəli xəstəliyin yayılmasının qarşısı alınıb - MƏHV EDİLİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda təhlükəli xəstəliyin yayılmasının qarşısı alınıb - MƏHV EDİLİB

İspaniyadan ölkəmizə idxal edilən badam tingləri məhv edilib


 

Reklam_3_11

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən fitosanitar nəzarət tədbirləri zamanı İspaniyadan Azərbaycana idxal edilən 13271 ədəd badam tingində xüsusi təhlükəli xəstəlik bakterial fır (Agrobacterium tumefaciens E. Sm. et Towns) aşkar edilib.

 

AQTA-nın yaydığı məlumatda bildirilir ki, aşkar edilən xəstəliyin təhlükəliliyi nəzərə alınaraq Respublika ərazisində yayılmasının qarşısını almaq məqsədi ilə badam tingləri Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda yandırılaraq məhv edilib.

 

Qeyd edək ki, bakterial fır yoluxucu xəstəlik hesab edilir, bitkilərin köklərinə mexaniki zədələnmələr, zərərvericilərin təsiri və köklərin inkişafı zamanı qabıqların çatlaması yolu ilə daxil olur. Kökə daxil olmuş bakteriyaların təsiri nəticəsində kök toxumalarının hüceyrələri sürətlə bölünüb böyüyərək xərçəng şişkinliyi əmələ gətirir.

 

Bu bakteriya 18 fəsilədən çox bitkilərdə parazitlik edir (çuğundur, kələm, pomidor, günəbaxan, üzüm, qərənfil, qızılgül, söyüd və s.), tumlu, çəyirdəkli və giləmeyvə bitkilərinin tinglərini daha çox sirayətləndirir və nəticədə bitkilərin məhvinə gətirib çıxarır.

 

Sözügedən xəstəliyə qarşı mübarizə aparmaq məqsədi ilə torpağa fosfor və kalium gübrələrinin verilməsi tövsiyə olunur

18.07.2019 16:24

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ