Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Palata 1-cu yarımillikdə Baş Prokurorluğa yoxlamalarla bağlı 3 material göndərib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Palata 1-cu yarımillikdə Baş Prokurorluğa yoxlamalarla bağlı 3 material göndərib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Hesablama Palatası 2019-cu ilin I yarısında aparılmış yoxlamalar nəticəsində dövlət büdcəsinə 6,8 mln. manat, büdcədənkənar fondlara isə 365,1 min manat məbləğində vəsaitin ödənilməsini təmin edib. Bu barədə palatanın məlumatında deyilir.

 

Xatırladaq ki, 2018-ci ilin I yarısında Hesablama Palatası tərəfindənı aparılmış yoxlamalar nəticəsində dövlət büdcəsinə 4,7 mln. manat məbləğində vəsaitin ödənilməsi təmin edilib.

 

“2019-cu ilin I yarısında Hesablama Palatasının kollegiyası tərəfindən 5 təhlil və 32 auditin başlanılması ilə bağlı qərar qəbul edilib, nəticələri hesabat dövründə yekunlaşmış 1 audit də daxil olmaqla ümumilikdə 12 auditin və 5 təhlilin nəticələrinə baxılıb”, - deyə məlumatda bildirilir.

 

Nəticədə 6,8 mln. manat dövlət büdcəsinə, o cümlədən 365,1 min manat büdcədənkənar fondun büdcəsinə bərpa edilib.

 

6 ayda Hesablama Palatasının həyata keçirdiyi nəzarət tədbirlərinin əhatəsi ümumilikdə 1 mlrd. 13,3 mln. manat təşkil edib. Bu vəsaitin 45,8 faizi dövlət büdcəsinin xərcləri, 16,9 faizi büdcədənkənar dövlət fondlarının vəsaitləri, 37,3 faizi isə digər mənbələrdən ayrılan vəsaitlər üzrə olub.

 

Hesabat dövründə başa çatdırılmış auditlərin nəticələri təhlil edilib və təsnifləşdirilib. “Həmin nöqsanlar arasında, hər il olduğu kimi, büdcə qanunvericiliyinin və dövlət satınalmalarını tənzimləyən normativ hüquqi aktların tələblərinin pozulması, həmçinin mühasibat uçotu və hesabatlılıqla bağlı nöqsanların payı nisbətən yüksək olub”, - deyə məlumatda qeyd olunur.

 

Hesabat dövrü ərzində dövlət satınalmalarının keçirilməsi zamanı yol verilən pozuntularla bağlı iki, dövlət əmlakından təyinatı üzrə və qanunauyğun istifadə edilməməsi halı üzrə bir nəzarət tədbirinə dair müvafiq materiallar aidiyyəti üzrə Baş Prokurorluğa göndərilib.

19.07.2019 07:47

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ