“VTB Bank Azərbaycan” əməliyyat zərərindən xilas olmayıb
“VTB Bank Azərbaycan” 2019-cu ilin 1-ci yarısını 4 milyon 712 min manat xalis mənfəət ilə başa vurub. Mənfəət, Bankın gəlirli fəaliyyətindən qaynaqlanmır, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılmış xüsusi ehtiyatın bir hissəsinin azad olması hesabınadır. Dövlət büdcəsindən dollar kreditlərinə kompensasiyanın verilməsi problemli kreditləri xeyli həll edib və nəticədə bir sıra banklar kimi “VTB Bank Azərbaycan”ın da bu məqsədlə yaratdığı ehtiyatının bir hissəsi azad olub.
“Marja” Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-iyun dövründə “VTB Bank Azərbaycan”ın cəmi faiz və qeyri-faiz gəlirləri 6 milyon 480 min manat, cəmi faiz və qeyri-faiz xərcləri isə 10 milyon 253 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən bankın 3 milyon 773 min manat əməliyyat zərəri yaranıb. Lakin aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılmış xüsusi ehtiyatın 8 milyon 486 min manatının azad olması hesabına həm əməliyyat zərəri bağlanıb, həm də 4 milyon 712 min manat xalis mənfəət qalıb.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin 1-ci yarısında da “VTB Bank Azərbaycan”ın gəlirləri xərclərini ödəməmişdi. Xərclər gəlirləri kəskin üstələdiyindən bankın 16 milyon 82 min manat əməliyyat zərəri yaranmışdı. Üstəlik Bank, ehtiyatlara 234 milyon 289 min manat ayırmışdı. Nəticədə Bankın yarımillik zərəri 250 milyon 371 min manata çatmışdı.
Bir ildən artıqdır “VTB Bank Azərbaycan” əməliyyat zərərində "batsa" da, zərər "bataqlığından" çıxmağa çalışır. Belə ki, ötən ilin 1-ci yarısında 3 milyon 727 min manat təşkil etmiş faiz gəlirləri bu ilin eyni dövründə 4 milyon 174 min manata yüksəlib. Ötən ilin 1-ci yarısında qeyri-faiz gəlirləri üzrə 4 milyon 519 min manat zərər etmiş Bank, bu ilin 1-ci yarısında əksinə, 2 milyon 306 min manat qeyri-faiz gəlirləri əldə edib. Qısası, Bankın gəlirləri artıb və nəticədə əməliyyat zərəri 4,3 dəfə azalıb. Lakin hələlik gəlirlər xərcləri bağlamağa kifayət etmir.
30 İyun 2019-cu il tarixində “VTB Bank Azərbaycan” 58 milyon 271 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 15 d. əvvəl
- 20 d. əvvəl
-
4 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
5 saat əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
-
5 saat əvvəl
BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
- 15 saat əvvəl
-
15 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 15 saat əvvəl
-
16 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi