Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"İdeal" mağazalar şəbəkəsi cərimələndi

iç səhifə xəbər başlığı altı (mobil)_31
"İdeal" mağazalar şəbəkəsi cərimələndi

Xəzər rayon Məhkəməsi Maliyyə Bazarlarına Nəzarət Palatasının protokoluna əsasən “İdeal Kompani” MMC"-ni 5212 ABŞ dolları cərimələyib.

 

Şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati protokol tərtib olunub.

 

İXM-nin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur.

 

Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

 

“İdeal Kompani” MMC-nin 26.060,31 avro məbləğində xarici valyuta vəsaitinin 20% məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli qərarından tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır.

 

Qeyd edək ki, “İdeal Kompani” MMC parfümeriya və kosmetika satışını həyata keçirən mağazalar şəbəkəsinə sahibdir. Şəbəkəyə 15 mağaza daxildir. 

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

20.07.2019 09:59

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ