"Artıq gömrük ödənişləri tələb olunur" iddialarına cavab
Bir sıra kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Qırmızı Körpü" gömrük postunda sahibkara maneə yaradıldığına dair həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb.
Belə ki, məlumatda Azərbaycan vətəndaşı Sənan Nağıyevin ölkə ərazisinə gətirdiyi mobil telefonların "Qırmızı Körpü" gömrük postunda saxlanıldığı və onlardan mallara aid sənədlərdə nəzərdə tutulduğundan artıq gömrük ödənişlərinin tələb olunduğu iddia edilir.
Bu barədə DGK-nın mətbuat xidmətindən məlumat verilib.
DGK bildirir ki, Sənan Nağıyev cari ilin may ayının 22-də ölkə ərazisinə 200 ədəd müxtəlif markalı mobil telefonlar gətirib və həmin malların dəyərinin 32 100 ABŞ dolları olduğunu bəyan edib. Müvəqqəti saxlanca götürülən malların gömrük rəsmiləşdirilməsi prosesində aparılan araşdırma zamanı onların dəyərinin aşağı göstərildiyi, real dəyərin 46 080 ABŞ dolları təşkil etdiyi müəyyən edilib və bu barədə Sənan Nağıyevə məlumat verilib. Buna etiraz edən Sənan Nağıyev şikayət ərizəsi ilə DGK-ya müraciət edib. Müraciətin araşdırılması prosesində Sənan Nağıyev dəfələrlə Komitəyə dəvət edilsə də o edilən müraciətə məhəl qoymayaraq Komitəyə gəlməkdən boyun qaçırıb.
Cari ilin iyun ayının 18-də isə həmin şəxs könüllü olaraq gətirdiyi telefonları sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında rəsmiləşdirib və 28 514 manat 80 qəpik məbləğində gömrük ödənişlərinin dövlət büdcəsinə köçürülməsi təmin edilib.
Aparılan araşdırma zamanı Sənan Nağıyev və onun idxal etdiyi mallara münasibətdə gömrük orqanları və onun əməkdaşlarının qanun pozuntusuna, kobud və ya qeyri-etik davranışa yol vermədiyi müəyyən edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
35 d. əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 51 d. əvvəl
-
1 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
1 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
1 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
2 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 2 saat əvvəl
- 2 saat əvvəl