Sığorta haqlarının 75 faizi 5 sığorta şirkətin kassasına daxil olub

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda toplanılmış 361 milyon 337 min manat sığorta haqqının 272 milyon 25  min manatı və yaxud 75,35%-i 5 sığorta şirkətinin payına düşüb.

 

Maliyyə Bazarlarına Nəzarət Palatasının statistikasına görə, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (109 milyon 275 miln manat), "PAŞA Sığorta" (89 milyon 198 min manat), "Azərsığorta" (36 milyon 158 min manat), "Atəşgah Həyat Sığorta" (19 milyon 986 min manat) və "Atəşgah Sığorta" (17 milyon 633 min manat) ASC-lərdir.

 

6 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə "Xalq Həyat Sığorta" (197 min manat), "Naxçıvan Sığorta" (229 min manat), "Amrah Sığorta" (290 min manat) və  "Bakı Sığorta" (523 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 1 milyon 239 min manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 0,35%-i deməkdir.

 

Qalan 13 sığorta şirkətinin ümumi yığımları isə 87 milyon 848 min manat (24,3%) təşkil edib.

 

Ödənişlərinin 68%-i 5 şirkətin payına düşür

 

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda həyata keçirilmiş 119 milyon 102 min manat sığorta ödənişinin 80 milyon 602 min manatı və yaxud 67,7%-i 5 sığorta şirkətinin payına düşüb.

 

Həmin şirkətlər "PAŞA Həyat Sığorta" (30 milyon 995 min manat), "PAŞA Sığorta" (25 milyon 579 min manat), "Atəşgah Sığorta" (10 milyon 18 min manat), "Atasığorta" (7 milyon 153 min manat) və "Atəşgah Həyat Sığorta" (6 milyon 857 min manat) ASC-lərdir.

 

6 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə "Xalq Həyat Sığorta" (0 manat), "Naxçıvan Sığorta" (1 min manat), "Amrah Sığorta" (102 min manat),  "Bakı Sığorta" (135 min manat) və "Rəvan Sığorta" (172 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 410 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,3%-i deməkdir.

 

Qalan 13 sığorta şirkətinin ümumi ödənişləri isə 38 milyon 90 min manat (32%) təşkil edib.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

® "Renkinq"

22 İyul 2019 , 09:20   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin