Məhkəmə "TACH” şirkətinin cərimələnməsi barədə qərarı qüvvədə saxlayıb
Bakı Apelyasiya Məhkəməsi "TACH” MMC-nin 1284.92 ABŞ dolları cərimələnməsi barədə qərardan verdiyi şikayətə baxıb.
Xəbərə görə, hakim Namiq Məmmədovun sədrlik etdiyi kollegiya qərarı qüvvədə saxlayıb.
Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edib.
İXM-nin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur.
Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
Maliyyə Bazarlarına Nəzarət Palatasının protokoluna əsasən Nəsimi Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli qərarı ilə şirkət 1284.92 dollar (6424,60 ABŞ dollarının iyirmi faizi miqdarında) cərimə edilib.
"TACH" MMC təmizlik vasitələrinin topdan və pərakəndə satışını həyata keçirən şirkətdir.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 saat əvvəl
-
6 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 7 saat əvvəl
-
7 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
7 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
7 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
8 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 8 saat əvvəl