Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bu ölkələrdən Azərbaycana gələnlərin sayı daha çox artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu ölkələrdən Azərbaycana gələnlərin sayı daha çox artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycana turist axını 6,5% artıb


 

Reklam_3_11

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2019-cu ilin yanvar-iyun aylarında  Azərbaycana dünyanın 185 ölkəsindən 1 milyon 410,7 min və ya 2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 6,5 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.

 

Gələnlərin  29,4 faizi Rusiya Federasiyası, 24,3 faizi Gürcüstan, 10,5 faizi Türkiyə, 7,5 faizi İran, 2,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,4 faizi Səudiyyə Ərəbistanı, hər birindən 1,9 faiz olmaqla Ukrayna və Hindistan, 1,5 faizi Türkmənistan, hər birindən 1,4 faiz olmaqla Böyük Britaniya, Qazaxıstan və İraq, 1,3 faizi Pakistan, 12,4 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur.

 

Gələnlərin 68,0 faizini kişilər, 32 faizini isə qadınlar təşkil etmişdir.

 

Ölkəmizə yanvar-iyun aylarında gələnlərin sayında daha çox artım Misir (83,1 faiz), Türkmənistan (81,0 faiz), Hindistan (80,3 faiz), Çin (77,1 faiz), Səudiyyə Ərəbistanı  (76,7 faiz), Macarıstan (52,4 faiz), Böyük Britaniya (35,7 faiz), Kanada (30,8 faiz), Cənubi Koreya (29,5 faiz), Almaniya (27,2 faiz), Yaponiya (24,6 faiz), Pakistan (24,4 faiz), Gürcüstan (22,8 faiz) və Polşa (20,2 faiz) vətəndaşları arasında qeydə alınmışdır.

 

2019-cu ilin yanvar-iyun aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 24,3 faiz artaraq 66,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 5,0 faiz artaraq 502,5 min nəfər olmuşdur.

 

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 59,0 faizi dəmir yolu və avtomobil, 40,2 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə etmişdir.            

                                                                          

2019-cu ilin yanvar-iyun aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,8 faiz artaraq 2540,9 min nəfər olmuşdur. Ölkə vətəndaşlarının 39,1 faizi İrana, 27,1 faizi Gürcüstana, 18,1 faizi Rusiya Federasiyasına, 10,2 faizi Türkiyəyə, 5,5 faizi isə digər ölkələrə getmişdir. Gedənlərin 65,7 faizini kişilər, 34,3 faizini qadınlar təşkil etmişdir.

 

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 71,4 faiz, Gürcüstana gedənlərin sayı 11,3 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 7,3 faiz, Türkiyəyə gedənlərin sayı isə 1,4 faiz artmışdır.

 

Cari ilin yanvar-iyun aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 83,4 faizi dəmir yolu və avtomobil, 15,8 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə etmişdir.

22.07.2019 09:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ