Xalq Bank kredit faizlərini kəskin endirdi
ASC “Xalq” Bankının mətbuat xidmətindən aldığımız məlumata görə, Xalq Bank bütün kredit məhsullarının faiz dərəcələrini kəskin surətdə azaldıb.
İndi bankın milli valyutada verdiyi biznes kreditləri 12-19% dərəcəsi ilə təklif olunur.
Əhaliyə verilən istehlak kreditlərinin illik faiz dərəcələri 16-20% təşkil edir. Bu addım Xalq Bankın kredit məhsullarını bazarda mövcud olan kreditlər arasında ən əlverişli təklifə çevirir.
Qeyd edək ki, ölkənin bank sektorunda kredit faizlərinin bu cür kəskin şəkildə endirilməsi halı ilk dəfə baş verir. Bankın nümayəndəsi, kredit faizlərinin endirilməsini dövlətin monetar siyasəti, Mərkəzi Bankın aşağı uçot dərəcəsi, bazarda makro-iqtisadi vəziyyətin sabitliyi, əməkhaqqılarının və əhalinin ödəmə qabiliyyətinin yüksəlməsi, yüksək likvidlik, ümumi sabitlik fonunda biznes risklərinin azalması və digər müsbət amillərlə izah edib.
Xalq Bankın təklif etdiyi biznes kreditlər 5 ilədək müddətə illik 12-19%, istehlak kreditləri isə 4 ilədək müddətə 16-20% verilir.
Bank daxili ipoteka proqramını bərpa edib və ipoteka krediti müştərilərə maksimal məbləği 250 000 manat olmaqla, 10 ilədək müddətə, 10-12%-lə təklif olunur. Dəyişikliklər artıq təsdiqlənib və yaxın günlərdə qüvvəyə minəcək.
Xalq Bankın xidmət və məhsulları haqda ətraflı məlumat almaq üçün filiallara, www.xalqbank.az internet səhifəsinə və ya 138 qısa nömrəsi ilə Məlumat mərkəzinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
30 d. əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 46 d. əvvəl
-
1 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
1 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
1 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
2 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 2 saat əvvəl
- 2 saat əvvəl