Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Gilan Holding” mətbuat işçilərini fərqli üslubda təbrik edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Gilan Holding” mətbuat işçilərini fərqli üslubda təbrik edib

(®) Mətbuat işçiləri “Breaking News!” Media Weekend 2019-da görüşdülər

 

Reklam_3_11

Media ilə hər zaman səmərəli əməkdaşlıq edən “Gilan Holding”, mətbuat işçilərini peşə bayramları münasibətilə bu dəfə daha fərqli üslubda təbrik edib. Mətbuat nümayəndələrinin həm faydalı, həm də maraqlı vaxt keçirmələri, beynəlxalq mətbuat aləmində baş verən yeniliklərlə tanış olmaları üçün Holding tərəfindən Milli Mətbuat Gününə həsr olunmuş “Breaking News!” Media Weekend 2019 adlı təlim proqramı təşkil olunub.

 

Ölkə üzrə aparıcı telekanallarının, informasiya agentliklərinin, xəbər portallarının, qəzet və radio kanallarının əməkdaşları bu tədbirə xüsusi maraq göstərərək, 20 və 21 iyul tarixlərində “Pullman” otelində dünya səviyyəsində peşəkar ekspert Fil Vordmanın təlimində iştirak ediblər.

 

Nüfuzlu “Sky News”, “BBC”, “Thomson Reuters”, “ITV News” beynəlxalq media qurumlarının ən qabaqcıl təcrübəsi təlimə qatılmış 140 nəfərdən artıq qonağın böyük marağına səbəb olub. İnterraktivlik, maraqlı diskussiyalar, təcrübə mübadiləsi ilə yadda qalan “Breaking News!” Media Weekend 2019 iştirakçılarını rəqəmsallaşan mediada son trendlər və bir çox digər yeniliklər ilə tanış edib.

 

“Gilan Holding” Azərbaycanın dünyada tanınmasına töhfə verən, hər zaman inkişafda olan ölkəmizdə baş verən yenilikləri peşəkarlıq prinsiplərinə riayət edərək işıqlandıran kütləvi informasiya vasitələri işçilərini 22 iyul Milli Mətbuat Günü münasibətilə təbrik edir və fəaliyyətlərində müvəffəqiyyətlər arzu edir.

22.07.2019 14:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ