Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Apache" şirkəti Gömrüyü aldada bilməyib

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Apache" şirkəti Gömrüyü aldada bilməyib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Gömrükçülər külli miqdarda inşaat materialları və dekorativ məmulatların gömrük orqanına bəyan olunmadan ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

 

Reklam_3_11

Bu hüquqpozma faktı Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsi, Əməliyyat və Təhqiqat şöbəsi və "Hövsan" postunun əməkdaşlarının birgə həyata keçirdiyi malların eyniləşdirilmə tədbiri zamanı qeydə alınıb.

 

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin "Hövsan" dəniz limanı postuna İran İslam Respublikasından "Nargoon" adlı gəmi ilə "APACHE" MMC-nin gətirdiyi müxtəlif növ qranit daşları, döşəmə və divar üçün keramik plitələr daxil olub. Həmin mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmək məqsədilə MMC tərəfindən müvafiq gömrük bəyannaməsi ilə Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinə bəyan edilib.

 

Lakin gömrük yoxlaması zamanı gömrük bəyannaməsində göstərilən mallardan başqa, gömrük orqanına bəyan edilməyən 1980 kv.metr qranit daşları, 820 kv.metr döşəmə və divar üçün keramik plitələr, həmçinin qranitdən hazırlanmış 3 ədəd dekorativ məmulatlar aşkar olunub.

Ümumilikdə isə, təqribən 10 000 manat həcmində gömrük ödənişindən yayınma halının qarşısı alınıb.

Aşkar olunan hüquqpozma faktı ilə əlaqədar müvafiq struktur bölmələr tərəfindən araşdırmalar aparılır.

23.07.2019 11:43

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ