“Azərkosmos” gəlirlərinin kəskin artdığını açıqladı
“Azərkosmos” ASC bu ilin birinci yarısında 20 ölkəyə telekommunikasiya və optik peyk xidmətləri təqdim etməklə 21,2 milyon ABŞ dolları gəlir əldə edib. Bu rəqəm ötən ilin analoji dövrünün göstəricisindən 47 faiz çoxdur. İlin sonuna gəlirlərin 45 milyon dollar olacağı nəzərdə tutulur.
ASC-dən bildirilib ki, gəlirin 90 faizi peyk xidmətlərinin ixracından əldə olunub. Xidmət ixracının həyata keçirildiyi əsas ölkələr ABŞ, Fransa, Malayziya, Birləşmiş Krallıq, Almaniya və Birləşmiş Ərəb Əmirlikləridir (BƏƏ). Ümumilikdə ilin birinci yarısında əlavə olaraq 9 ölkədən olan yeni müştərilərlə müqavilələr rəsmiləşdirilib. Peyklər vasitəsilə yayımlanan 150-dən çox televiziya və radio kanalının ümumilikdə 20 milyondan artıq auditoriyası var.
"“Azerspace-2” peykinin bu ilin fevralında baş tutan uğurlu biznes startı ilə “Azərkosmos” regional peyk xidmətləri bazarında artıq etibarlı və özünü təsdiq etmiş peyk xidmətləri operatoru mövqeyi qazanıb. Yeni peyk “Azərkosmos”a ABŞ, BƏƏ və Tanzaniyadan olan yeni müştərilərə xidmət göstərmək imkanı yaradıb", - məlumatda deyilir.
Azərbaycan da daxil olmaqla Baltikyanı, Mərkəzi Asiya və Şərqi Avropa regionundan olan 13 ölkənin qurumları “Azersky” – Yer səthinin məsafədən müşahidəsi peykinin təsvirlərindən kənd təsərrüfatı, kartoqrafiya və xəritəçəkmə, ekoloji layihələndirmə, torpaqların təyinatı və monitorinqində istifadə ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 saat əvvəl
-
6 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 6 saat əvvəl
-
6 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
6 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
6 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
7 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 7 saat əvvəl