Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Azər Türk Bank"da Rəqəmsal Transformasiya Mərkəzi yaradılıb, rəhbər təyin edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azər Türk Bank"da Rəqəmsal Transformasiya Mərkəzi yaradılıb, rəhbər təyin edilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azər Türk Bank İnformasiya Texnologiyaları və Biznes proseslərinin idarə edilməsi departamentlərinin bazasında Rəqəmsal Transformasiya Mərkəzi (RTM) yaradıb.

 

Bankın yaydığı məlumatda bildirilir ki, RTM-in təşkili komandanın ümumi hədəfi üzrə ayrı-ayrı çarpaz funksiyaları yerinə yetirən rəqəmsal biznesin inkişafını, keyfiyyətə nəzarəti, proqramçılar, süni intellekt üzrə analitik və mütəxəssislərin fəaliyyətini ehtiva edir.

 

 Yeni mərkəz MVP və prototiplər, rəqəmsal tətbiqlər, yeni rəqəmsal nəslə aid mükəmməl bank məhsul və xidmətləri hazırlayır.

 

CustDev prosesinin və rəqəmsal təcrübənin genişləndirilməsi üçün mərkəzin bazasında Müştəri Təcrübəsinin öyrənilməsi üzrə Laboratoriya (ATB CX LAB) da yaradılıb. Bu laboratoriya dərin araşdırma və müsahibələrin aparılmasına, irəli sürülən təşəbbüslərin formalaşdırılaraq sınaqdan keçirilməsinə, eləcə də bank müştərilərinin rəqəmsal ehtiyaclarının öyrənilməsinə imkan verir.

 

Mərkəzin rəhbəri vəzifəsinə Ramin Həşimzadə təyin edilib. O, mürəkkəb rəqəmsal tapşırıqların icrası və məhsulların yaradılması üzrə əhəmiyyətli təcrübəyə malikdir. İT departamentinin rəhbəri vəzifəsi isə F.Mustafayevə həvalə olunub.

24.07.2019 07:51

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ