Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Holcim (Azərbaycan)”ın səhmi bahalaşıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Holcim (Azərbaycan)”ın səhmi bahalaşıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2019-cu ildə Bakı Fond Birjasında “Holcim (Azərbaycan)” ASC-nin səhmlərinin təkrar bazarda satışı üzrə 3-cü dəfə əqd bağlanıb.  

 

“Marja” xəbər verir ki, nominal dəyəri 20 manat olan 850 “Holcim (Azərbaycan)” səhmi 23,50 manatdan satılıb. Əqdin ümumi məbləği 19 min 975 manat təşkil edib.

 

2019-cu ilin Fevral ayının 4-də 186 “Holcim (Azərbaycan)” səhmi 20,50 manatdan, Fevralın 5-də isə 4 səhm 21 manatdan satılmışdı. Əqdlərin ümumi məbləği müvafiq olaraq 3813 manat və 84 manat təşkil etmişdi.

 

Qeyd edək ki, Qaradağ Sement Zavodunun bazasında yaradılmış “Holcim (Azərbaycan)” sement istehsalçısıdır.

 

Bu il “Holcim (Azərbaycan)” səhmi 14,6% və ya 3 manat bahalaşıb. Səbəblərdən biri şirkətin gəlirlərinin və xalis mənfəətinin artması ola bilər.

 

Xəbər verdiyimiz kimi, 2017-ci illə müqayisədə 2018-ci ildə “Holcim Azərbaycan”ın satışdan gəlirlər 9 milyon 334 min manat və ya 8,7% artaraq 116 milyon 332 min manat təşkil edib. “Holcim Azərbaycan” 2018-ci ili 7 milyon 67 min manat xalis mənfəət ilə başa vurub. ASC 2017-ci ili 1 milyon 759 min manat xalis mənfəət ilə bağlamışdı.

24.07.2019 08:21

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ