Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Dollar 1.60 manatadək düşə bilər"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Dollar 1.60 manatadək düşə bilər"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda ABŞ dollarının rəsmi məzənnəsi artıq bu ilin ilk yarısında 1,65 AZN/USD səviyyəsindən də aşağı düşə bilər.

 

Dünya bazarında neft qiymətlərinin artması, ölkə idxalında azalma tendensiyasının başlaması fonunda tədiyyə balansının tarazlaşması ilə bərabər pul kütləsinin azaldılaraq cari vəziyyətə uyğunlaşdırılması dollara tələbatı zəiflədəcək. Azərbaycan Mərkəzi Bankının (AMB) keçirdiyi sterilizasiya əməliyyatları çərçivəsində xarici valyuta ilə spekulyativ əməliyyatların qarşısı alınıb.

 

Maliyyə sabitliyinin yaranması nəticəsində əhalinin tədricən manata keçəcəyini, dollarlaşma səviyyəsinin ilkin mərhələdə cari 80%-dən 50%-dək geriləyəcəyini ehtimal edirlər. Neft qiymətlərinin 2017-ci ildə 65-70 dollar/barelə qədər yüksəlməsi proqnozlaşdırılır ki, bu da dolların ucuzlaşması prosesini sürətləndirəcək. Manata müsbət təsir edəcək digər bir amil isə Azərbaycana xaricdən turist axınının gözlənilən artımı ilə bağlıdır. Yay aylarında turist axınının sürətlənməsi dollar təklifini artıracaq və bu mövsümdə nağd bazarda məzənnənin hətta 1,60 AZN/USD-yə kimi enməsi mümkündür. 

 

2018-ci ilin ilk rübünə qədər dünya iqtisadiyyatı, neft qiymətləri, fond indekslərində mənfi meyllər gözlənilmir. Bu da inkişaf etməkdə olan ölkələrin qısamüddətli maliyyə sabitliyinə gətirib çıxaracaq.

 

© Report analitik qrupu

15.03.2017 13:50

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ