Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Avro 1.10 dollara kimi ucuzlaşa bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avro 1.10 dollara kimi ucuzlaşa bilər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Önəmli hadisələrlə zəngin həftədə ABŞ-Çin danışıqlarının bərpası, FED və İngiltərə bankının qərarları və Avrozonadan göstəricilər diqqət mərkəzindədir.



EUR

Beynəlxalq birjalarda bu həftə (çərşənbə, saat 22:00) Amerika mərkəzi bankının (FED) faiz qərarı diqqət mərkəzində olacaqdır. İnkişaf sürətinin və inflyasiyanın zəifləməsi, son 10 ildə ilk dəfə faiz azaldılması ehtimallarını artırıb. Bununla yanaşı, bu həftə ABŞ ilə Çin arasında ticarət danışıqlarının növbəti mərhələsinin başlaması ilə bərabər, cümə günü Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq əmək bazarına dair önəmli fundamental göstəricilər də investorlar tərəfindən böyük maraqla gözlənilir. 

 

Avrozonada da çərşənbə günü Bakı vaxtı ilə saat 13:00-da dərc ediləcək iqtisadi inkişaf, işsizlik və inflyasiyaya dair önəmli göstəricilərin EUR/USD məzənnəyə təsir edəcəyi gözlənilir. İnflyasiyada azalma proqnozları isə avronun da 1.10$-a kimi proqnozlaşdırılmasına əsas verir. 

 

GBP

GBP/USD məzənnəsi Avropa birliyi komissiyasının açıqlamarından sonra ucuzlaşmaqda davam edib. İngiltərənin yeni baş nazirinin Avropa ilə razılaşdırılan sazişin bekstop maddəsi ilə razılaşmaması və Avropa tərəfinin də yeni danışıqlarda maraqlı olmaması, funta olan siyasi təzyiqləri də artırır. 1.24$-ın altında ticarət edilən funtun məzənnəsi, 1.22$-a kimi də ucuzlaşa bilər. Cümə axşamı saat 15:00-da yayımlanacaq İngiltərə mərkəzi bankının faiz qərarı və saat 15:30-da baş tutacaq mətbuat konfansı da önəmli hadisələr arasındadır. 

 

Qlobal siyasi və iqtisadi risklərin artmasının dollara olan tələbi də artırması, GBP/USD məzənnəsinin də ucuzlaşmasına təsir edən amillər arasındadır. 


TRY 

USD/TRY məzənnəsi 5.67TL-yə ticarət edilir və 5.68TL-ni də yuxarı istiqamətdə qırarsa, 5.76TL-yə kimi də bahalaşa biləcəyi ehtimal edilir. 

 

Bununla yanaşı, çərşənbə günü saat 11:00-da Tükiyənin xarici ticarət balansı və cümə axşamı saat 11:00-da sənaye sektorunda aktivliyi ölçən önəmli fundamental göstərilər də investorların diqqət mərkəzindədir. 


OIL

Beynəlxalq enerji birjalarında Avropanın Brent nefti 64-63$ aralığında ticarət edilməkdədir. Lakin qlobal neft marşrutlarında siyasi gərginliyin artması, qiymətlərin də bahalaşa biləcəyini proqnozlaşdırmağa əsas verir və ən real yaxın hədəf 66$-dır. 

 

Çərşənbə günü saat 18:30-da açıqlanacaq Amerikanın neft və benzin ehtiyatları ilə bağlı önəmli fundamental məlumatların da qiymətlərə güclü təsir edəcəyi gözlənilir.


GOLD

Əlvan metallar bazarlarında qızılın bir unsiya üzrə qiymətində sürətli artım dalğası fonunda korreksiyasının şahidi oluruq. Təhlillərə əsasən, qiymət 1410$-ı (45.3 $/qram) da aşağı istiqamətdə qırarsa, 1395$-a (44.9 $/qram) kimi də ucuzlaşa bilər.

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

29.07.2019 07:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ