Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Kreditlərdə 2 ildən sonra bir ilk - 13 MİLYARD SƏVİYYƏSİNİ AŞDI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kreditlərdə 2 ildən sonra bir ilk - 13 MİLYARD SƏVİYYƏSİNİ AŞDI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2019-cu ilin May ayının sonu ilə müqayisədə İyunda bankların müştərilərə verdiyi cəmi kreditlər (kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat daxil) 284,6 milyon manat artaraq13 milyard 146 milyon manata çatıb. Bankların müştərilərə verdiyi kreditlər sonuncu dəfə 2017-ci ilin İyun ayında 13 milyard manatdan çox - 13 milyard 482.8 milyon manat təşkil etmişdi. 2018-ci ildə müştərilərə verilən kreditlər 11 milyard manat səviyyələrinədək düşmüşdü.

 

“Marja” Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq statistikasına istinadən xəbər verir ki, İyunda xalis kreditlər 286,2 milyon manat artaraq 11 milyard 708.7 milyon manata yüksəlib.

 

Ötən ilin sonu ilə müqayisədə ilk 6 ayda müştərilərə verilən cəmi kreditlər 517,7 milyon manat, xalis kreditlər isə 559,4 milyon manat artıb.

 

30 İyun 2019-cu il tarixində kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat 1 milyard 437.3 milyon manat təşkil etdib. Ötən ilin sonunda bu məbləğ 1 milyard 479 milyon manat idi.

31.07.2019 06:38

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ