Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“Unibank”ın xalis mənfəəti 4 dəfədən çox artıb - BANKIN SON VƏZİYYƏTİ

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Unibank”ın xalis mənfəəti 4 dəfədən çox artıb - BANKIN SON VƏZİYYƏTİ

Devalvasiyalardan sonra artan problemli kreditlərə görə böyük zərərə düşümüş “Unibank”ın maliyyə vəziyyəti yaxşılaşır. Bankın müştərilərə verdiyi kreditlər, faiz gəlirləri artıb, əməliyyat mənfəəti əldə edib. Eyni zamanda problemli kreditlərin azalması ilə yaradılmış ehtiyat hissə-hissə geri qayıdır və “Unibank” kapitalını bərpa edir.


 

“Unibank” ASC 2019-cu ilin 1-ci yarısını (yanvar-iyun dövrünü) 62 milyon 435 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 dəfə çoxdur. “Unibank” ASC 2018-ci ilin birinci yarısını 14 milyon 639 min manat xalis mənfəətlə bağlamışdı.

 

Cari ilin 1-ci yarısındakı xalis mənfəətin böyük hissəsi ehtimal olunan kredit itkiləri üçün yaradılmış ehtiyatın bir hissəsinin geri qayıtmasından qaynaqlanır. Mayda dollar kreditlərinə görə vətəndaşlara dövlət büdcəsindən kompensasiyanın ödənilməsi "Unibank"ın kredit risklərini azaldıb və yaradılmış ehtiyatın azad olması davam edib. 

 

“Marja” Bankın rüblük hesabatına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-iyun dövründə "Unibank"ın  cəmi gəlirləri51 milyon 795 min manat (42 milyon 38 min manatı faiz gəlirləri, 7 milyon 657 milyon manatı haqq və komissiya gəlirləri, 2 milyon 70 min manatı xarici valyuta ilə əməliyyatlardan gəlir), cəmi xərcləri isə 47 milyon 104 min manat təşkil edib. Bankın gəlirləri xərclərini üstələdiyindən 4 milyon 691 min manat əməliyyat mənfəəti yaranıb. Həmçinin, ehtiyatın 57 milyon 778 min manatı azad olduğundan “Unibank”ın mənfəət vergisindən əvvəl mənfəəti 62 milyon 470 min manata yüksəlib. 35 min manat mənfəət vergisi xərci ilə əlaqədar olaraq xalis mənfəət 62 milyon 435 min manat təşkil edib.

 

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin 1-ci yarısında “Unibank”ın cəmi gəlirləri 30 milyon 615 min manat, cəmi xərcləri 38 milyon 626 min manat, əməliyyat zərəri 8 milyon 11 min manat təşkil etmişdi. “Unibank”,  ehtiyatdan 22 milyon 651 min manat azad olması hesabına 2018-ci ilin birinci yarısını 14 milyon 639 min manat xalis mənfəətlə başa vurmuşdu. Ehtiyatların azad olması gecikmədə olan kreditlərin ödənildiyinə işarədir.

 

“Unibank” 2018-ci ili 30 milyon 300 min manat xalis mənfəətlə başa vurmuşdu.

 

FAİZ GƏLİRLƏRİ 2 DƏFƏ ARTIB

 

Diqqəti cəlb edən "Unibank"ın faiz gəlirlərinin artmasıdır. Ötən ilin 1-ci yarısında 21 milyon 372 min manat təşkil etmiş faiz gəlirləri 2019-cu ilin 1-ci yarısında 42 milyon 38 min manata yüksəlib. 

 

BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB

 

30 İyun 2019-cu il tarixində “Unibank” 799 milyon 494 min manat cəmi aktivlərə malik olub və aktivlərin 404 milyon 702 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib.30 İyun 2018-ci il tarixində "Unibank" 621 milyon 245 min manat cəmi aktivlərə, o cümlədən 331 milyon 650 min manat müştərilərə verilmiş kreditlərə malik idi. Ötən ilin İyun ayının sonu ilə müqayisədə müştərilərə verilmiş kreditlər 73 milyon 52 min manat və ya 22% artıb. 

 

31 Dekabr 2018-ci il tarixində isə "Unibank" 693 milyon 877 min manat cəmi aktivlərə və 387 milyon 653 min manat müştərilərə verilmiş kreditlərə malik idi. İlk 6 ayda "Unibank"da müştərilərə verilmiş kreditlər 17 milyon 50 min manat artıb.

 

İlk altı ayda aktivlərin 105 milyon 617 min manat və ya 15,2% artması müştərilərə verilən kreditlərin artması, əsasən də Bankın pul vəsaitlərinin kəskin artması ilə bağlıdır. 2018-ci ilin sonu il müqayisədə ilk 6 ayda "Unibank"ın pul vəsaitləri 72 milyon 541 min manat artaraq 30 İyun 2019-cu il tarixində 182 milyon 851 min manata çatıb. 

 

MÜŞTƏRİ HESABLARI ARTIB

 

Ötən ilin sonu ilə müqayisədə "Unibank"ın öhdəlikləri 42 milyon 387 min manat və ya 6,6% artaraq 681 milyon 29 min manata qalxıb. Öhdəliklərin 529 milyon 229 min manatını müştəri hesabları təşkil edib. Ötən ilin sonunda müştəri hesabları 467 milyon 251 min manat idi. 

 

KREDİT BORCUNU AZALDIB

 

"Unibank"ın müddətli borc vəsaitləri cari ilin 1-ci yarısında 44 milyon 832 min manat və ya 34,5% azalaraq 84 milyon 872 min manata düşüb. 

 

"UNİBANK" KAPİTALI 100 MİLYON MANATDAN YÜKSƏK OLAN BANKLARDAN BİRİ OLUB

 

2019-cu ilin 1-ci yarısında xalis mənfəətin kəskin artması ilə əlaqədar olaraq Bankın cəmi kapitalı 2 dəfədən çox artıb. Ötən ilin sonunda 55 milyon 236 min manat təşkilm etmiş cəmi kapital 30 İyun 2019-cu il tarixində 118 milyon 464 min manat təşkil edib.

 

31 Dekabr 2018-ci il tarixinə olan məlumata görə, "Unibank"ın nizamnamə kapitalının 44,47%-i Avropa Yenidənqurma və İnkişaf Bankına (AYİB, EBRD), 41,91%-i Eldar Qəribova, 7,60%-i "Canley Finance S.A" (Lüksemburq) şirkətinə, qalan hissəsi isə digər 7 fiziki şəxsə məxsus olub. 

31.07.2019 09:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ