Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Pakistan bankının Azərbaycandakı lizinq şirkətinin mənfəəti 20% azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Pakistan bankının Azərbaycandakı lizinq şirkətinin mənfəəti 20% azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“MCB Lizinq” QSC 2018-ci ili 505 min manat xalis mənfəətlə başa vurub.

 

Reklam_3_11

Şirkətin maliyyə hesabatına görə, bu, 2017-ci ilə nisbətən 20,35% azdır.

 

Ötən il “MCB Lizinq”in gəlirləri 1 milyon 734 min manat, o cümlədən faiz gəlirləri 1 milyon 633 min manat, qeyri-faiz gəlirləri 101 min manat, xərcləri 1 milyon 161 min manat, o cümlədən faiz xərcləri 466 min manat, qeyri-faiz xərcləri 695 min manat, xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 94 min manat, mənfəət vergisi ödəmələri isə 162 min manat təşkil edib.

 

Bu il yanvarın 1-nə “MCB Lizinq”in aktivləri 8 milyon 575 min manat olub ki, bu da illik müqayisədə 4,1% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 0,8% artaraq 5 milyon 167 min manata, balans kapitalı isə 0,7% artaraq 3 milyon 407 min manata çatıb.

 

"MCB Lizinq" 2009-cu ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 4 238 675 manatdır. Şirkətin təsisçiləri 99,94%-lik payla Pakistanın "MCB Bank"ı və 0,06%-lik payla İdarə Heyətinin sədri Rəmal Cəfər oğlu Cəfərovdur.

 

"MCB Lizinq" bu ilin aprel ayında bank olmayan kredit təşkilatına (BOKT) çevrilib. Hazırda Maliyyə Bazarlarına Nəzarət Palatası onun BOKT lisenziyası almaqla bağlı müraciətini nəzərdən keçirir.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© “Renkinq”  

31.07.2019 10:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ