Binalar və mənzillər söz verilən vaxtda təhvil verilmir
Azərbaycan Beynəlxalq Bankı öz vəsaiti hesabına verdiyi ipoteka kreditini dayandırdıqdan sonra bir neçə tikinti şirkətində inşaat işləri gecikir.
“Marja” xəbər verir ki, binanın tikinti mərhələsində mənzil almış vətəndaşlar etiraz etməyə başlayıblar. Çünki binalar söz verilən vaxtda tikilib təhvil verilmir.
Digər bir çətinlik, bina tikilsə də, mənzilin söz verilən vaxtda təmir edilib təhvil verilməməsidir.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankının tərəfdaşı olan onlarla tikinti şirkətləri mənzilləri 20 illik ipoteka ilə satırdılar. 20 illik ipotekada mənzil alıcıya 2 dəfə baha başa gəlməsinə baxmayaraq, aylıq ödənişlər münasib olduğundan vətəndaşlar ipoteka ilə mənzil götürürdülər. İpoteka krediti dayandırıldığından satışlar kəskin düşüb və şirkətlər maliyyə sıxıntısı yaşamağa başlayıblar.
20 illik ipoteka olmadığı üçün yeni layihələrə də başlanmır. Tikinti şirkətləri çətinliklə də olsa mövcud layihələri təhvil verməyə çalışırlar.
Tikinti şirkətləri 3-5 illik daxili kreditlər ilə satışı artırmağa cəhd etsələr də, aylıq ödənişlər həddindən artıq yüksək olduğu üçün satış zəifdir. Hətta tikinti şirkətləri mənzil satmaq üçün nağd alışlar zamanı ciddi endirimlər də edirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 saat əvvəl
-
6 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 6 saat əvvəl
-
7 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
7 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
7 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
8 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 8 saat əvvəl