Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“Bank Respublika”nın Marketinq direktoruna yeni vəzifə verildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Bank Respublika”nın Marketinq direktoruna yeni vəzifə verildi

31 iyul 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) Rəyasət Heyətinin keçirdiyi iclasda “Marketinq və PR üzrə” Ekspert Qrupuna sədr vəzifəsinə “Bank Respublika” ASC-nin Marketinq Departamentinin direktoru Əli Daşdəmirov təsdiqlənmişdir.

 

İclasda yeni sədr “Marketinq və PR üzrə” Ekspert Qrupun iş planını Rəyasət Heyətinə təqdim etmişdir. Təqdimatda Qrupun iş planında prioritet məsələlərdən biri nağdsız ödənişlərin stimullaşdırılması xüsusi qeyd edilmişdir. Planın əsas məqsədi nağdsız ödənişlərin kütləviləşdirilməsi və vəsaitlərin kart vasitəsilə ödənişinin əsas faydalarını geniş ictimaiyyətə çatdırılmasıdır.

 

Bu istiqamətdə Qrupun tədbirləri sırasında – nağdsız ödənişlərin stimulaşdırılması üçün video çarxların hazırlanması, təşfiqlə bağlı orta və ali təhsil məktəblərində görüşlərin keçirilməsi, sosial Media-da mövzu ilə bağlı məqalələrin dərci, mövzu ilə bağlı yarışmaların keçirilməsi, eləcə də plastik kartlar üzrə lotereyanın (və ya digər kampaniyaların) keçirilməsi olacaqdır.

 

01.08.2019 13:04

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ