Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanın ən böyük neft sahəsindən hasilat azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın ən böyük neft sahəsindən hasilat azalıb

Azərbaycanın ən böyük neft sahəsi - Azəri Çıraq-Günəşli (AÇG) yatağından hasilat 13% azalıb.

 

"Marja" xəbər verir ki, 2019-ci ilin 1-ci yarısında AÇG-dən hasilat 98 milyon bareldən artıq, yəni 13 milyon ton olub. 2018-ci ilin 1-ci yarısında AÇG-dən ümumilikdə təqribən 108 milyon barel, yəni 15 milyon ton neft hasil edilmişdi.


"2019-cu ilin birinci yarısında AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. Birincü yarım il üçün AÇG-dən ümumi hasilat – Çıraq (42 000), Mərkəzi Azəri (131 000), Qərbi Azəri (120 000), Şərqi Azəri (94 000), Dərinsulu Günəşli (96 000) və Qərbi Çıraq (60 000) platformalarından birlikdə – gündə orta hesabla 542 400 barel və ya ümumilikdə 98 milyon bareldən artıq, yəni 13 milyon ton olub. 


Birinci yarım ilin sonunda AÇG-də ümumilikdə 124 neft hasilat quyusu və 44 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub",- "BP-Azərbaycan" şirkətinin 2019-cu ilin 1-ci yarısının yekunları üzrə hesabatında bildirilir.  

 

Ötən ilin ilk 6 ayı ərzində AÇG-dən ümumi hasilat – Çıraq (49 000), Mərkəzi Azəri (158 000), Qərbi Azəri (127 000), Şərqi Azəri (96 000), Dərinsulu Günəşli (107 000) və Qərbi Çıraq (59 000) platformalarından birlikdə – gündə orta hesabla 596 000 barel təşkil etmişdi.  Ötən ilin İyun ayının sonunda AÇG-də ümumilikdə 116 neft hasilat quyusu və 53 qaz və su injektor quyusu istismarda olmuşdu. 

 

Bakıdan təxminən 100 km şərqdə yerləşən Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yatağı Xəzər hövzəsinin Azərbaycan sektorunda ən iri neft yatağıdır.

 

SOCAR-A VERİLƏN SƏMT QAZI AZALIB

 

2019-cu ilin birinci yarısında AÇG-də 7 neft hasilat quyusu qazılıb. 


2019-cu ilin birinci yarısı ərzində AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 5 milyon kubmetrdən artıq, ümumilkdə isə 0,9 milyard kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.

 

2018-ci iİlin 1-ci yarısında AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 6 milyon kubmetr, ümumilkdə isə 1,1 milyard kubmetr səmt qazı verilmişdi. 

 

XƏRCLƏR ARTIB

 

2019-cu ilin birinci yarısı ərzində AÇG üzrə fəaliyyətlərə 272 milyon dollardan artıq əməliyyat məsrəfləri və  657 milyon dollardan artıq əsaslı məsrəflər xərclənmişdir. 2018-ci ilin 1-ci yarısında AÇG üzrə fəaliyyətlərə təqribən 236 milyon dollar əməliyyat məsrəfləri və  552 milyon dollar əsaslı məsrəflər xərclənmişdi.

 

AÇG-də iştirak payları: BP (30,37%), SOCAR (25,0%), Şevron (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGC Videş Limited (OVL) (2,31%).

 

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.  

01.08.2019 13:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ