Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Kredit qoyuluşları istehlak kreditləri hesabına artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kredit qoyuluşları istehlak kreditləri hesabına artıb

2019-cu ilin İyun ayında kredit qoyuluşları May ayının sonu ilə müqayisədə 284,6 milyon manat və ya 2,1% artaraq 13 milyard 483 milyon manata çatıb. Artımın yarısı istehlak kreditləri ilə bağlıdır. Cəmi kredit qoyuluşlarına biznes kreditləri və istehlak kreditləri daxildir.

 

Reklam_3_11

“Marja” Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, iyun ayında ev təsərrüfatlarına verilən kreditlər (əsasən istehlak kreditləri) 143,3 milyon manat artaraq 5 milyard 802 milyon manata yüksəlib. Ev təsərrüfatlarına verilən kreditlərin cəmi kredit qoyuluşlarında xüsusi çəkisi 43%-ə çatıb. 2018-ci ilin İyun ayının sonunda bu nisbət 35,8%, 2018-ci ilin sonunda 40,9% təşkil etmişdi.

 

Cari ilin 1-ci yarısında cəmi kredit qoyuluşları 462,3 milyon manat, ev təsərrüfatlarına verilən kreditlər isə 482,2 milyon manat artıb. Cəmi kredit qoyuluşlarının onun tərkib hissəsi olan ev təsərrüfatlarına verilən kreditlərdən az artması ilin ilk yarısında biznes kreditlərinin azaldığına işarədir.

02.08.2019 08:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ