Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Tramp ticarət müharibəsini yenidən "alovlandırdı"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tramp ticarət müharibəsini yenidən "alovlandırdı"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Prezidenti Donald Tramp, "ABŞ, Çinə əlavə tariflər tətbiq edəcək" açıqlamasını edib.



 ABŞ Prezidenti Donald Tramp, "Twitter" hesabından yeni açıqlama verib.

 

"Marja" xəbər verir ki, Tramp bildirib:

 

"Nümayəndələrimiz Çin ilə ticarət danışıqları apararaq ölkəmizə qayıtdılar. Üç ay əvvəl Çin ilə müqaviləmiz olacağını düşündük, ancaq təəssüf ki, Çin müqaviləni yenidən müzakirə etməyə qərar verdi.
 
Daha yaxın zamanda Çin ABŞ-dan böyük miqdarda kənd təsərrüfatı məhsulu alacağını açıqlamışdı, ancaq bu baş vermədi.

 

Bundan başqa, dostum Prezident Xi, Fentanyl-in ABŞ-a satışını dayandıracağını dedi - bu heç vaxt olmayıbdır və bir çox Amerikalı ölməyə davam edir.

 

Ticarət danışıqları davam edir və yeni mərhələ 1 Sentyabrda ABŞ-da başlayacaq. 

 

ABŞ-da Çindən ölkəmizə gələn 300 milyard dollarlıq mallar üçün 10% əlavə tarif tətbiq etməyə başlayacaq. Bu, əlavə vergi, onsuz da 25 faiz gömrük vergisi qoyulmuş 250 milyard dollarlıq məhsulu əhatə etmir.

 

Çin ilə hərtərəfli müqavilə sahəsindəki müsbət dialoqumuzu davam etdirməyi ümid edirik ki, iki ölkə arasında gələcəyin çox parlaq olacağına inanırıq" deyib.

 

Birjalar, neft qiymətləri ABŞ Prezidenti Donald Trampın 300 milyard dollarlıq Çin məhsuluna 10 faiz gömrük vergisi tətbiq olunacağını bildirməsinin ardından düşüblər.

 

ABŞ Prezidenti Donald Trampın Çin ilə ticarət müharibəsini yenidən "alovlandırması" səngiyən qlobal tələbə dair narahatlıqları artırıb. Qlobal iqtisadi artımın aşağı düşməsilə neftə tələbin daha da azalacağı və nəticədə qiymətinin ucuzlaşacağı ehtimal edilir.

02.08.2019 09:05

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ