Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"PAŞA Bank"ın Gürcüstandakı törəməsi böyüyüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi böyüyüb

Bu il iyulun 1-nə "PAŞA Bank"ın Gürcüstandakı törəməsinin ("PAŞA Bank Gürcüstan") aktivləri 414,598 milyon lari (238,394 milyon manat) olub ki, bu da illik müqayisədə 42% çoxdur. Bunun 232,02 milyon larisi (133,412 milyon manatı) müştərilərə verilmiş kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 68,5% böyüyüb.

 

Reklam_3_11

Hesabat tarixinə "PAŞA Bank Gürcüstan"ın öhdəlikləri isə 310,691 milyon lari (178,647 milyon manat) təşkil edib ki, bu da illik müqayisədə 68,2% çoxdur. Bunun 151,794 milyon larisi (87,282 milyon manatı) müştərilərdən alınmış depozitlərdir. Ötən il Bankın depozit portfeli 2,3 dəfə böyüyüb.

 

Son 1 ildə "PAŞA Bank Gürcüstan"ın balans kapitalı 3,1% azalaraq 103,906 milyon lariyə (59,746 milyon manata) düşüb. Bankın nizamnamə kapitalı isə dəyişməyərək 103 milyon lari (59,225 milyon manat) qalıb. 

 

"PAŞA Bank Gürcüstan" bu ilin I yarısını 3,514 milyon lari (2,021 milyon manat) zərərlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 1,996 milyon lari (1,148 milyon manat) mənfəətlə çıxmışdı.

 

 Yanvar-iyun aylarında "PAŞA Bank Gürcüstan"ın gəlirləri 14,27 milyon lari (8,205 milyon manat), o cümlədən faiz gəlirləri 12,73 milyon lari (7,32 milyon manat), qeyri-faiz gəlirləri 1,539 milyon lari (885 min manat), xərcləri 16,128 milyon lari (9,274 milyon manat), o cümlədən faiz xərcləri 3,977 milyon lari (2,287 milyon manat), qeyri-faiz xərcləri 12,151 milyon lari (6,987 milyon manat), xüsusi ehtiyatlara ayırmaları isə 1,655 milyon lari (952 min manat) təşkil edib.

 

1 lari = 0,575 manat

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© "Renkinq"

02.08.2019 09:28

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ