Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Çin ABŞ-dan kənd təsərrüfatı məhsulları alışını dayandırdı"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Çin ABŞ-dan kənd təsərrüfatı məhsulları alışını dayandırdı"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Prezidenti Donald Trampın 1 Sentyabrdan etibarən Çin məhsullarına əlavə vergi tətbiq olunacağına dair ötən həftə açıqladığı qərarın ardından, Çin şirkətlərinin alışlar üçün gözləyib müzakirələrin gedişatını izləyəcəyi bildirilir. 


 

"Bloomberg"in mövzuya yaxın mənbələrə istinadən yaydığı xəbərinə görə, keçən həftə ABŞ Prüzidenti Donald Trampın "əlavə vergi" qərarının ardından Çin hökuməti alıcı şirkətlərdən ABŞ-dan kənd təsərrüfatı məhsulları alışını təxirə salmalarını istəyib. 

 

"Marja" "Bloomberg"ə istinadən xəbər verir ki, mövzuya dair məlumat verən mənbələr, Çin dövləti tərəfindən idarə olunan şirkətlərin gözləyərək ticarət danışıqlarının gedişatını izləyəcəklərini və Amerikan kənd təsərrüfatı məhsulları alışını dayandırdıqlarını bildiriblər.

 

Çin Ticarət Nazirliyi tərəfindən mövzu ilə bağlı bir açıqlama verilməyib.

 

Dünyanın ən böyük iki iqtisadiyyatı arasında ticarət danışıqlarının yenidən başlamasına baxmayaraq, ABŞ Prezidenti Donald Tramp 1 Sentyabr tarixindən etibarən etibarlı olmaqla Çindən idxal edilən 300 milyard dollarlıq məhsula 10% əlavə vergi qoyulacağını açıqlamışdı. Çin tərəfindən müzakirəyə qatılan rəsmilərin bu qərarı heyrətlə qarşıladıqları və Pekinin ABŞ-ın əlavə gömrük təriflərində israr etməsi vəziyyətində cavab veriləcəyi bildirilmişdi.

05.08.2019 07:09

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ