Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda şərab ilə bağlı mühüm əməkdaşlıq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda şərab ilə bağlı mühüm əməkdaşlıq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Yapon mütəxəsislərinin də texnologiyasina heyran qaldığı ASK "Şəki Şərab zavod" un məhsulları artıq "MAC" MMC tərəfindən yerli bazarda...


 

Reklam_3_11

Azərbaycanın əsas şərab istehsalçılarından olan “ASK”nin məhsullarını yerli məhsul paylayıcı şirkət olan “MAC DİSTRUBİTİON” Azərbaycan bazarına çıxaracaq.

 

Bu məqsədlə zavodun tanıtım tədbiri keçirilib.

 

Tədbirdə zavodun direktoru Vidadi Həsənov, işçilər, laboratoriya şöbəsinin müdiri İsmayılova Məhəbbət, Şəki rayon icra başçısının müavini Nizami İsmayılov, “MAC DİSTRUBİTİON” şirkətinin əməkdaşları, “Bravo Azərbaycan Supermarketlər Şəbəkəsi”nin nümayəndələri, “Bazar Store”, “A plus marketlər şəbəkəsi”, “Avromart marketlər şəbəkəsi”nin və digər marketlər şəbəkəsinin nümayəndələri iştirak ediblər.

 

Tədbirdə zavodun direktoru Vidadi Həsənov şərabların keyfiyyəti barədə geniş məlumat verib. O, şərabların tərkibinə yapon mütəxəssislər tərəfindən aparılan yoxlamalarda ən yüksək qiymət verildiyini bildirib. Hazırki keyfiyyət göstəricisinə əsasən, şərablar beynəlxalq bazarlara ixrac olunur.

 

Direktorun çıxışından sonra qonaqlarla birgə istehsalat bölməsinə baxış keçirilib. Burada şərabların hazırlandığı ən son texnologiyaya uyğun aparatlarla tanış olub və məhsulların dadına baxıblar. Sonda isə iştirakçılara “Şəki Şərab Zavodu”nun istehsalı olan şərablar hədiyyə olunub.

 

Qeyd edək ki, “Şəki Şərab Zavodu” 2006-cı ildə yaradılıb. 01 mart 2018-ci ildə “Azərbaycan Sənaye Kooperasiyası” ASC-nin tərkibində “ASK Şəki Şərab MMC” adı ilə dövlət qeydiyyatından keçib.

 

Zavodun direktoru vəzifəsinə dəvət olunmuş Vidadi Cəmil oğlu Həsənov Rusiyanın əməkdar şərabçısıdır.

 

avodun illik istehsal gücü, 3000 ton üzüm və 200 min dekalitrdir (və ya 266 min şüşə). Məhsulların Rusiya, Polşa, Serbiya və.s Avropa ölkələrinə ixracı planlaşdırılır. 2019-cu ildə “Bouquet Sheki” və “Askona” markaları altında 10 növ yeni məhsul istehsal edilib. Yaxın zamanlarda üzümün növündən asılı olaraq bu markalar altında "Sovinyon blank", "Şardone", "Musket", "Rkasiteli", "Mitsvani" ağ şərabları və "Saperavi", "Mədrəsə", "Merlo", "Cabarne Sovinyon", "Şiraz", "Cabarne mar" adlı qırmızı şərablar istehsal olunacaq.

 

MAC MMC hal - hazırda "VIP STATUS" zavodunun araqlarını və "FRUITING" brendi meyvə dilimli sularını satışını həyata keçirir. Lugano mamont terminal araqlari "VIP STATUS" -a məxsusdur.

06.08.2019 12:12

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ