Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“Biləsuvar Broyler” və “Ağdaş Quşçuluq”un səhm paketləri özəlləşdirilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Biləsuvar Broyler” və “Ağdaş Quşçuluq”un səhm paketləri özəlləşdirilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərraclardan biri 03 sentyabr tarixində keçiriləcək.

 

Əmlak Məsələləri Dövlət Komitəsinin yaydığı məlumatda bildirilir ki, ayın ilk hərracına 55 dövlət əmlakı çıxarılıb. Onlar arasında səhmdar cəmiyyətlərinin dövlətə məxsus səhm paketləri, eləcə də nəqliyyat vasitələri var. Elan edilən bu hərraca çıxarılan səhmdar cəmiyyətləri Yevlax, İsmayıllı, Goranboy kimi şəhər və rayonlarda yerləşir. Sərmayəçilər “Biləsuvar Broyler”, “Ağdaş Quşçuluq”, “Zərdab Aqrotexservis” kimi dövlət müəssisələrinin 30% ilə 45% arasında olan səhm paketlərinin özəlləşməsinə qoşula bilər. Hərraca çıxarılan səhmdar cəmiyyətlərindən biri Qax şəhəri, Ü.Hacıbəyov küçəsindəki “Qax Taxıl” adlı dövlət müəssisəsidir. Taxıl məhsullarının tədarükü, emalı və satışı üzrə fəaliyyət göstərəm müəssisənin torpaq sahəsi 84.9 min kv.m, tikili sahəsi isə 22.6 min kv.m-dir. Səhmdar cəmiyyətinin ərazisində idarə binası, yeməkxana, qarğıdalı quruducu sexləri, çörək sexi, un dəyirmanı, müxtəlif təyinatlı anbarlar və digər tikililər var.

 

Avtomobil sahibi olmaq istəyən şəxslərin budəfəki hərracda geniş seçim imkanları var. Belə ki, buraxılış tarixi 2006-2008 olan nəqliyyat vasitələri VAZ, Qaz və Hyundai markalarına aiddir.

 

Özəlləşməyə çıxarılan dövlət əmlakları üzrə hərracda iştirak etmək istəyən şəxslər komitənin rəsmi saytına (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Qeyd edək ki, keçirilən hərraclara sifarişçilərlə yanaşı, digər şəxslər də həm onlayn, həm də məkana gəlməklə qoşula bilər. Bunun üçün Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron hərrac xidmətinə (https://e-emdk.gov.az/eHerrac) daxil olmaq kifayətdir.

05.08.2019 10:16

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ