Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

ABŞ birjaları kəskin düşdü

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ birjaları kəskin düşdü

Çin ilə ABŞ ticarət müharibəsinin dərinləşməsi birjalarda kəskin enişə səbəb olur.

 

"Marja" xəbər verir ki, "Dow Jones" Sənaye İndeksi açılışda 2.1%, S&P 500 İndeksi 2.1%, Nasdaq İndeksi isə 2.6% düşüb. S&P İndeksi 13 Maydan bəri ən böyük gündəlik azalmanı qeyd edib.

 

ABŞ-ın10 illik istiqrazının gəlirliliyi 2016-dan bu yana ən aşağı səviyyəni görüb. 

 

Çin pul vahidi yuanın dollar qarşısında dəyər itirməsilə bu gün qlobal maliyyə bazarlarda kəskin satışlar baş verib. Bu gün Avropa birjalarında da itkinlər 2%-ə çatıb. Stoxx 600 indeksi 2%-dən çox düşüb. Yaponiyada Topix indeksi 2%-ə yaxın, Çinin Şanxay birjası 1.6% düşüb.

 

Qeyd edək ki, ABŞ-ın əlavə gömrük tarifi qərarına cavab olaraq bu gün Çinin Yuanı ucuzlaşdırdığı bildirilir. Dollar 11 ildən sonra 7 yuan səviyyəsini aşıb.

05.08.2019 17:11

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ