Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Bank BTB-də Marketinq Departamentinə yeni direktor təyin edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank BTB-də Marketinq Departamentinə yeni direktor təyin edilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bank “BTB”-da daha bir təyinat olub.

 

Bankdan "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, Fuad Cəfərov Bank “BTB”-nin Marketinq departamentinin direktoru vəzifəsinə təyin edilib. O, məhsulların inkişafı, marketinq komnukasiyaları və müştəri əlaqələrinin idarə olunması şöbələrinə rəhbərlik edəcək.

 

Fuad Cəfərov Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr təhsili alıb. Daha sonra Amerika Birləşmiş Ştatlarının Boston şəhərində yerləşən beynəlxalq təhsil məktəbində, Mərkəzi Avropa Universitetində kiçik və orta sahibkarlığın inkişafı, menecment və liderlik proqramı üzrə təhsilini davam etdirib. 2014-ci ildə Niderland Krallığında yerləşən Haaqa Universitetində biznesin idarə edilməsi (MBA) üzrə magistr dərəcəsi əldə edib. Müxtəlif illərdə ixtisaslaşmış beynəlxalq sertifikasiya kurslarında təlimlər keçərək strateji marketinq, məhsullarının inkişafı, biznesin inkişafı, strategiyanın hazırlanması və tətbiqi sahələrində bilik və keyfiyyətlərə malikdir.

 

Maliyyə sahəsində uzun müddət çalışmış F. Cəfərov 2015-cı ildən etibarən "PAŞA Bank"da fəaliyyət göstərib. Belə ki, ”İBM”, “Mckinsey & Company" beynəlxalq konsaltinq şirkətlərininin ekspertləri ilə birlikdə PAŞA Bankın inkişaf strategiyasının hazırlanması və həyata keçirilməsində iştirak etmişdir.

 

Qeyd edək ki, Bank “BTB” ASC 2019-2021-ci illər üçün yeni strateji planını təsdiqləyib. Yeni inkişaf strategiyası çərçivəsində bank əsas diqqət və resurslarını müştəri məmnuniyyətinin yüksəldilməsi, keyfiyyətli müştəri bazasının artırılması, satış üsul və vasitələrinin təkmilləşdirilməsi və müasir texnologiyaların tətbiqi vasitələri  ilə bazar payının artırılmasına nail olmağa yönəltmişdir. Üç illik yeni strateji dövr ərzində bank həmçinin yeni məhsul və xidmətlərin yaradılması, marketinq komnukasiyalarının gücləndilməsi, müştəri əlaqələrinin təkmilləşdirilməsi, işçi heyətinin potensialının, kompetensiyalarının, bilik və bacarıqlarının inkişafı kimi məsələləri strateji hədəf olaraq müəyyənləşdirib. 

06.08.2019 08:58

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ