Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Çin Mərkəzi Bankı: Yuanı manipulyasiya etmirik

iç səhifə xəbər başlığı altı (mobil)_31
Çin Mərkəzi Bankı: Yuanı manipulyasiya etmirik

Çin Mərkəzi Bankı (PBOC), ABŞ tərəfindən Çinin məzənnə manipulyatoru elan edilməsinə "Yuanı manipulyasiya etmirik" deyərək cavab verib.

 

"Marja" xəbər verir ki, Çin Mərkəzi Bankı (PBOC) tərəfindən verilən açıqlamada, "Yuanın son dövrdə dəyərdən düşməsi Çin tərəfindən manipulyasiya edilmədi, qərar bazar tərəfindən verildi" deyilir.

 

Həmçinin PBOC, "ABŞ-ın ittihamı məzənnə mövzusundakı qlobal fikir birliyinə zidddir",- bildirib.

 

Dünyanın ən böyük iki iqtisadiyyatı arasındakı ticarət müharibəsinin şiddətlənməsilə Dollar 7 yuan səviyyəsini keçib. "Off shore" yuan məzənnə saat 11:35-də təxminən 7.0640 səviyyəsindən əməliyyat olunub.

 

ABŞ-ın Çini məzənnə manipulyatoru  elan etməsi Asiyadan ABŞ-a bütün bazarlarda sərt satışlara səbəb olmuşdu.

 
Bu gün Çin Mərkəzi Bankı yuan 7 səviyyəsindən aşağı (6.9683) fiksasiya edib. Bu, səlahiyyətlilərin yuandakı ucuzlaşmanı yavaşlatmaq istədiyini işarə edir.

06.08.2019 09:48

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ