5 bankın qeyri-faiz gəlirləri 20 milyon manatdan çoxdur
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 5-nin bu ilin yanvar-iyun aylarındakı qeyri-faiz gəlirləri 100 milyon manatdan çoxdur.
Bunlar "Kapital Bank" (76,137 milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (64,763 milyon manat), "Bank Respublika" (27,393 milyon manat), "Access Bank" (24,048 milyon manat) və "PAŞA Bank"dır (21,34 milyon manat).
Qalan 25 bankdan 2-də qeyri-faiz gəlirləri 10-20 milyon manat arasında, 20 bankdan 1-10 milyon manat arasında, 2 bankda isə 10 milyon manatdan azdır. 1 bank Pakistan Milli Bankının Bakı filialı isə qeyri-faiz zərəri ilə üzləşib.
9 bankın qeyri-faiz gəlirləri azalıb
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 9-nun bu ilin yanvar-iyun aylarındakı qeyri-faiz gəlirləri ötən ilin eyni dövrünə nisbətən az olub.
Bunlar "Premium Bank", "AFB Bank", "Azər-Türk Bank", "Turan Bank", "Amrah Bank", "Yapı Kredi Bank Azərbaycan", "Nikoyl Bank", "Günay Bank" və "Zıraat Bank Azərbaycan"dır. Ən az azalma "Premium Bank"da (0,6%), ən çox azalma isə "Zıraat Bank Azərbaycan"da (34,5%) qeydə alınıb.
1 bank - Pakistan Milli Bankının Bakı filialı bu ilin I yarısında qeyri-faiz gəlirləri əldə etsə də, ötən ilin eyni dövründə qeyri-faiz zərəri ilə üzləşib, 2 bank - "Access Bank" və "Bank VTB Azərbaycan" isə bu ilin yanvar-iyun aylarında qeyri-faiz zərəri ilə üzləşib, ötən ilin eyni dövründə qeyri-faiz gəlirləri əldə edib. Odur ki, bu bankların qeyri-faiz gəlirlərinin / zərərinin dinamikasını hesablamaq mümkün olmayıb.
Qalan 18 bankın isə qeyri-faiz gəlirləri illik müqayisədə artıb. Ən yüksək dinamika "Bank of Baku"da (2,5 dəfə), ən aşağı dinamika isə "Naxçıvan Bank"da (1%) qeydə alınıb.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 11 saat əvvəl
-
14 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 14 saat əvvəl
-
15 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
15 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
15 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
16 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 16 saat əvvəl