Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Qahirədən Qəbələyə çarter reyslərinə başlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qahirədən Qəbələyə çarter reyslərinə başlanıb

Misirli turistlərin ölkəmizə gəlişini daha da asanlaşdırmaq məqsədilə “Zakher Travel” turizm şirkəti tərəfindən bu ilin avqustundan etibarən Misir Ərəb Respublikasının paytaxtı Qahirədən Qəbələ və Bakı istiqamətlərində birbaşa çarter reyslərinin həyata keçirilməsinə başlanılıb. İlk çarter reysi avqustun 7-də Qəbələ Beynəlxalq Hava Limanına reallaşıb. Təyyarədən enən 63 misirli turisti şirkətin nümayəndələri səmimiyyətlə qarşılayıblar. Turistlər üç gün Qəbələdə qaldıqdan sonra Bakıya yola düşəcəklər.

 

Şirkətin rəhbəri Cəfər Qarayev bildirib ki, misirli turistlərin Azərbaycana səfəri bu ölkənin “Abosamra Travel” şirkəti ilə bağlanmış müqavilə əsasında həyata keçirilir. Çarter reysləri sentyabrın 7-dək davam edəcək. Bir ay ərzində 7 uçuşun həyata keçirilməsi nəzərdə tutulur. Turistlər üç gün Qəbələdə, dörd gün isə Bakıda 4 və 5 ulduzlu otellərdə yerləşəcəklər.

 

Turizm şirkətinin rəhbərinin sözlərinə görə, ilk çarter reysinin Qəbələyə reallaşması heç də təsadüfi deyil. Son illər Qəbələdə müasir standartlara uyğun turizm infrastrukturunun yaradılması istiqamətində çox böyük işlər görülüb. “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi ilin bütün fəsillərində yerli və xarici turistlərin diqqətini özünə cəlb edir.

 

Cəfər Qarayev bildirib ki, bundan sonrakı uçuşlar Bakı şəhərinə olacaq. Sonuncu reyslə Bakıya gələn misirli turistlər öz ölkələrinə Qəbələ Beynəlxalq Hava Limanından qayıdacaqlar. Ümumiyyətlə, çarter reysləri vasitəsilə Azərbaycana 600-dək misirli turistin gələcəyi gözlənilir.

09.08.2019 07:55

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ