Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Havanın belə keçməsi, böyük bir siqnaldır"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Havanın belə keçməsi, böyük bir siqnaldır"

AMEA-nın Həsən Əliyev adına Coğrafiya İnstitutu Azərbaycanda avqust ayında hava şəraitinin qeyri-sabit keçməsinin səbəblərini açıqlayıb.

 

Reklam_3_11

İnstitutun direktoru Ramiz Məmmədov havaların belə keçməsinin iqlim dəyişikliyinin nəticəsi olduğunu deyib.

 

Onun sözlərinə görə, regionda küləklərin sürəti dəyişir: “Bu, böyük bir siqnaldır. Çünki iqlim dəyişmələri hər şeydə təzad yaradır. Misal olaraq, iqlim dəyişikliyi həm kənd təsərruüfatına, həm də insanların sağlamlığına mənfi təsir göstərə bilər. Ona görə də iqlim dəyişikliyinə, belə hallara hazırlıqlı olmaq və adaptasiya olunmaq lazımdır”.

 

O qeyd edib ki, BMT-nin hesabatında fəsil anlayışının artıq yaddan çıxacağı fikirləri əksini tapıb: “Yəni yaz, payız, qış fəsilləri anlayışı olmayacaq. Məsələn, yay aylarında 40 dərəcə isti ola, 5 gündən sonra isə qar yağa bilər. Anoloji hadisə 2015-ci ildə Azərbaycanda da qeydə alındı. Yayda Qubada qar yağmışdı. Bütün bu təzadlar iqlim dəyişikliyinin nəticəsidir ”.

 

R.Məmmədov vurğulayıb ki, bu iqlim dəyişikliyi insanın fəaliyyətinin, ətraf mühitə təsirinin nəticəsidir: “İlk növbədə ABŞ, Çin, Hindistan kimi ölkələr atmosferə atılan karbon qazının miqdarını azaltmalıdırlar. Ancaq təəssüf ki, bu dövlətlər karbon qazının səviyyəsinin azaldılmasına maraq göstərmirlər. Çünki bu, iqtisadiyyat üçün böyük maliyyə vəsaiti tələb edir. Buna görə də Donald Tramp hmakimiyyətə gəldikdən sonra ABŞ atmosferə atılan karbon qazınını azaldılmasını nəzərdə tutan Paris Sazişindən çıxdı. Nəzərə almalıyıq ki, dünyada istehsalın 37 faizi məhz ABŞ-da cəmləşib. Əgər böyük dövlətlər maraq göstərmirsə, hansı nəticəyə nail ola bilərik? Nəticədə də belə ekstremal halların həm diapazonu genişlənəcək, həm də təkrarlanma sayı artacaq”.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

09.08.2019 10:20

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ