Bakıya 25 qəpikdən göndərilir
Xaçmazın pomidor sahələrindən 30 min tona yaxın məhsul yığılıb.
Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, avqust ayının əvvəlinə olan məlumata görə, təsərrüfatçılar hər hektardan 27 ton məhsul toplayıblar.
Hazırda pomidor sahələrində yığım davam edir. Xaçmazdakı sahələrdə becərilən pomidor kütləvi halda Bakının və digər bölgələrin bazarlarına çıxarılandan sonra qiymət ucuzlaşıb. İyul ayında pomidorun kiloqramı bir manatdan baha satılırdısa, indi topdansatış qiymət 25-35 qəpik arasında dəyişir.
Havalar qeyri-sabit keçdiyinə görə bu il şitillər sahələrə gec köçürülüb. Bununla əlaqədar Xaçmazda pomidorun yetişməsi də ötən illərlə müqayisədə gecikib. Lakin pomidor sahələrində məhsul boldur. Təsərrüfat sahibləri bunun səbəbini suvarmada yaşanan problemlərin həlli və sahələrə vaxtında edilən aqrotexniki qulluqda görürlər.
Rayonda daha çox pomidorun “Lajen”, “Sultan”, “Vətən” və “Sevimli” növləri becərilir. Əsasən yerli bazarlarda satılan Xaçmaz pomidorunun ixrac potensialı da var.
Ötən il Xaçmazda 2058 hektar pomidor sahəsindən 57 min ton məhsul yığılıb. Bu il isə təsərrüfatçılar 2130 hektar sahədə pomidor əkiblər.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 saat əvvəl
-
5 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 5 saat əvvəl
-
5 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
5 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
5 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
7 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 7 saat əvvəl