Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Ərəblərin iri aviaşirkəti Bakıya ilk uçuşunu həyata keçirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ərəblərin iri aviaşirkəti Bakıya ilk uçuşunu həyata keçirib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün Heydər Əliyev Beynəlxalq Hava Limanının Məlumat Mərkəzində Orta Şərqin və Şimali Afrikanın ən böyük aşağı büdcəli aviaşirkəti olan “Air Arabia”nın yeni açılan Şarja-Bakı reysi üzrə ilk uçuşu həyata keçirilib.

 

Reklam_3_11

Aviaşirkət sözügedən istiqamət üzrə uçuşları həftədə 4 dəfə və iki uçuş vaxtı tezliyi ilə yerinə yetirəcək.

 

 Cümə axşamları və bazar günləri uçuş Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanından saat 11:30-da qalxan təyyarə, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Şarja Beynəlxalq Hava Limanında yerli vaxtla 14:10-da enəcək. Əks istiqamət üzrə yerinə yetiriləcək uçuşlarda isə cümə axşamları və bazar günləri saat 07:55-də uçan təyyarə, Bakıya yerli vaxtla 10:50-də çatacaq.

 

Çərşənbə axşamları və şənbə günləri Bakıdan 17:55-də başlayan uçuş Şarjada yerli vaxtla 20:35-də tamamlanacaq. Şarjadan geriyə 14:20-də yerinə yetirilən aviareys Bakıda yerli vaxtla 17:15-də yekunlaşacaq.

 

Bu gün ilk uçuş yerli vaxtla 09:00-da Şarja Beynəlxalq Hava Limanından başlayıb və təyyarə Bakıya enib.

 

Qeyd edək ki, "Air Arabia” hazırda Orta Şərq və Şimali Afrikada beş əməliyyat mərkəzi ilə 33 ölkənin 124 nöqtəsinə uçuşlar icra edir.

16.03.2017 10:16

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ