Nazirlik dərman firmasının cərimələnməsi üçün məhkəməyə müraciət edib
Səhiyyə Nazirliyi "Kapsula-1" MMC-yə inzibati cərimə yazıb.
Protokol İnzibati Xətalar Məcəlləsinin 221.1-ci (bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda törədildikdə) maddəsi ilə tərtib edilib.
Bu əmələ görə, inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.
Bakı şəhəri Yasamal rayon Məhkəməsi 19 iyun 2019-cu il tarixində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarıb.
Bu qərardan Səhiyyə Nazirliyinin verdiyi apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 11 saat əvvəl
-
13 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 14 saat əvvəl
-
14 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
14 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
14 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
15 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 15 saat əvvəl