Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Avro 1.11 dollarda dəstək görür, qızıl 1551 dollara doğru

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avro 1.11 dollarda dəstək görür, qızıl 1551 dollara doğru
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Beynəlxalq maliyyə bazarlarında cari həftə ərzində Amerika ilə Çin arasında yaxınlaşmanın ola biləcəyi ümidləri yenidən azalıb.


 

Reklam_3_11

EUR/USD məzənnəsində bahalaşma

 

Beynəlxalq maliyyə bazarlarında Amerika hökümət nümayəndələrinin Çin ilə sonuncu münasibətlərini şərh etmələrindən sonra dolların aparıcı valyutalara nisbətən qiymətləri yenidən ucuzlaşıb, qızılın qiyməti bahalaşıb. 

 

EUR/USD məzənnəsi 1.11$-da dəstək görərək, 1.12$-a doğru bahalaşmaqdadır. 

 

Qızıl yeni maksimumlara doğru 

 

Əlvan metallar bazarlarında qızılın bir unsiya üzrə qiyməti 1524$-a kimi dəyər qazanıb və 1551$-a kimi də bahalaşacağı proqnozlaşdırılır. 

 

ABŞ-dan pərakəndə və istehsala dair göstəricilər açıqlanacaqdır

 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 16:30-da ABŞ-dan yayımlanacaq pərakəndə satış dövriyyəsi və sənaye istehsalı ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.

 

Qeyd etmək lazımdır ki, Amerikada pərəkandə satış dövriyyəsində artım dinamikası mart ayında 1.7% ilə son bir ilin maksimum səviyyəsinə kimi yüksəldikdən sonra 0.3-0.4% səviyyələrinə kimi azalıb. Bu gün də aylıq dinamikanın 0.3% açıqlanması proqnozlaşdırılır. 

 

Filadelfiya mərkəzi bankının regionun istehsal sektorunda aktivliyi ölçən indeksinin isə 21.8 punktdan 10.0 punkta kimi azalması ehtimal edilir. Sonuncu göstərici 2018-ci ilin noyabr ayından etibarən ən yüksək göstərici olub. 

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

15.08.2019 07:59

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ