Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Bank “BTB”də yeni təyinat

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank “BTB”də yeni təyinat

Kadrlar siyasətinə ciddi dəyişikliklər edən Bank “BTB” Hüquq Departamentinə direktor təyin edib.

 

Bankdan “Marja”ya daxil olmuş məlumatda bildirilir ki, iyul ayından etibarən Vüsal Ələkbərov Hüquq Departamentinə direktor təyin edilib. O, bankın bütün hüquqi və məhkəmə proseslərinə və Departamentin nəzdində fəaliyyət göstərən iki şöbəyə rəhbərlik edəcək.

 

Vüsal Ələkbərov Azərbaycan Universitetində Beynəlxalq hüquq fakültəsində, hüquqşünas ixtisasına 1997-2001-ci illərdə yiyələnmiş, fəaliyyətinə hüquqşünas kimi başlayaraq Bank Respublika-da Departament rəhbərinədək peşəkar yol keçmişdir. Əlavə olaraq, 2012-ci ildən AR Vəkillər kollegiyasının üzvüdür.

 

Vüsal Ələkbərov geniş ixtisaslaşma üzrə fəaliyyət göstərib və maliyyə, bank, mülki-prosessual, cinayət, cinayət-prosessual, inzibati, inzibati-prosessual, korporativ, icra, mülkiyyət və mülki hüququn digər sahələri üzrə hüquqi xidmətlərin göstərilməsi üzrə müxtəlif biliklərə və bacarıqlara malikdir.

 

Qeyd edək ki, Bank “BTB” ASC 2019-2021-ci illər üçün yeni strateji planını təsdiqləyib. Yeni inkişaf strategiyası çərçivəsində effektiv hüquqi xidmətin təşviqi və təbliğatı ön plana çəkilib. Daim təkmilləşən qanunvericiliyin izlənməsi, nəzarət orqanları ilə mütəmadi və stabil kommunikasiyanın yaradılması, bütün bunlarda hüquq xidmətinin rolu, məqsədləri, vəzifələri və təşkili metodları, əlavə olaraq hüquqi bazanın yaradılması prioritet hədəf olaraq müəyyənləşdirilib.

15.08.2019 08:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ