Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bakıda bu ərazidəki evlər söküləcək - Siyahı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda bu ərazidəki evlər söküləcək - Siyahı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Paytaxtda söküləcək qəzalı binalarla bağlı yekun qərar qəbul olunub. 

 

Bu barədə  Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq şöbəsindən məlumat verilib.

 

Qeyd edilib ki, kəskin qəzalı binalar Bakının altı rayonunda söküləcək: “Həmin binalar Bakı şəhərinin Binəqədi rayonunda iki ünvanda yerləşir. Bunlar 8-ci mkr, Ağasadıq Gəraybəyli küçəsi 41, Binəqədi rayonu, Koroğlu Rəhimov küçəsi 53A ünvanındakı köhnə yaşayış binalarıdır. Digər bina isə Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi 150 ünvanında yerləşir.


 
Paytaxtın Səbail rayonunda 20-ci sahə, A.İsmayılov küçəsi 51 ünvanındakı binanın sökülməsi barədə qərar verilib. Sabunçu rayonunda isə yeddi bina kəskin qəzalı vəziyyətdədir. Bunlar Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nərimanov küçəsi, ev 6, Sabunçu qəsəbəsi, A.Əsədullayev küçəsi 27, Sabunçu qəsəbəsi, M.Rəsulzadə dalan 3, ev 2, Sabunçu qəsəbəsi, B.Bünyadov küçəsi, 7A, Sabunçu qəsəbəsi, 2 Aprel küçəsi, ev 8A, Sabunçu qəs. 2 Aprel küçəsi-18, Sabunçu qəs. D.Pişəvari küçəsi 13Q, Sabunçu qəs. D.Pişəvari küçəsi 15 ünvanlarındakı köhnə tikililərdir. 

 

Suraxanı rayonu ərazisində isə dörd binanın kəskin qəzalı olması barədə rəy verilib. Bunlar Suraxanı rayonu Park küç-32, S.Bəhlulzadə dön-17 ev- 15, İ. Məmmədov küç. 6, İ. Məmmədov küç-8 ünvanlarındakı kəskin qəzalı binalardır. 

 

Paytaxtın Xətai rayonu, General Şıxlinski küçəsi 42 ünvanında isə bir bina kəskin qəzalı olduğu səbəbindən söküləcək. Həmin binalarda bərpa-gücləndirmə və əsaslı təmir işlərinin aparılması mümkün olmadığından sakinlərin köçürülməsi barədə qərar qəbul edilib. Köçürülmə prosesi mərhələli şəkildə davam etdiriləcək”.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Sputnik Azərbaycan

15.08.2019 08:40

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ