Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“Aqrolizinq” mövsümdən əvvəl ammofos gübrəsinin satışına hazırdır

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Aqrolizinq” mövsümdən əvvəl ammofos gübrəsinin satışına hazırdır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda bildirilir ki, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti ammofos gübrəsinin Cəmiyyətin bütün regional nümayəndəliklərinin və rayon bölmələrinin logistik gübrə anbarlarında güzəştli şərtlərlə satışını həyata keçirir.

 

Ammofos gübrəsinin 1 tonunun satış qiyməti 1000 manata, dövlət tərəfindən tətbiq edilən 70% güzəştlə 300 manata və müvafiq olaraq 50 kiloqramlıq 1 kisəsi 15 manata satılır. Kənd təsərrüfatı məhsulları istehsalçıları mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sənədlərini, kənd icra nümayəndəliyindən əldə etdiyi ərizə və məlumat formasını, şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə mineral gübrələri güzəştli şərtlərlə əldə edə bilərlər.

 

Sentyabr ayından etibarən Cəmiyyətin rayon bölmələri ilə yanaşı, uzaq məsafələrdə yerləşən ucqar kəndlərdə mineral gübrələrin, xüsusilə mövsümə uyğun ammofos gübrəsinin səyyar satışı təşkil olunacaq. Səyyar satış zamanı fermerlərimiz müvafiq sənədləri təqdim etməklə və yerindəcə ödəniş etməklə öz kəndlərində güzəştli şərtlərlə mineral gübrələrdən əldə edə biləcəklər.

 

Qeyd edək ki, ammofos azot-fosfor qarışıqlı komleks gübrədir, tərkibində 12% azot və 52% fosfor vardır. Əksər bitkilərdə əkindən öncə şum altına, səpinlə birgə və torpaqda fosfor çatışmazlığı olduğu halda yemləmə olaraq tətbiq edilir. Ammofos fosfor ağırlıqlı kompleks gübrə olduğuna görə ölkəmizdə əsasən payız aylarında dənli bitkilərin əkini zamanı və əkinqabağı şum altına verilir. Ammofos torpaqda münbitliyin artmasına və bunun sayəsində əkilən məhsulun keyfiyyətinin və məhsuldarlığın yüksəlməsinə, böyümənin və inkişafın normallaşdırılmasına kömək edir.

 

Cəmiyyət ötən illərdəki təcrübəyə əsaslanaraq cari ildə də mövsüm başlamamışdan əvvəl ammofos gübrəsinin satışına tam hazırdır.  

15.08.2019 13:26

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ