Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Azərbaycanın kredit təşkilatının kapitalı 2 dəfə artırılacaq, yeni istiqrazlar buraxılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın kredit təşkilatının kapitalı 2 dəfə artırılacaq, yeni istiqrazlar buraxılacaq

Qarşıya qoyulmuş strateji hədəf​ə əsasən 2019-cu ilin sonunadək “Finex Kredit” ASC bank olmayan kredit təşkilatının (BOKT) nizamnamə kapitalının 2 dəfə artırılması planlaşdırılır.

 

Bunu “Marja”nın sorğusuna cavab olaraq “Finex Kredit”in İdarə Heyətinin sədri Rəşad Qasımov bildirib.

 

Təşkilatın sədri qeyd edib ki, səhmdarlar son vaxtlar biznesin yüksək templə inkişafından razıdırlar. Bu səbəbdən nizamanmə kapitalının 2 dəfə artırılaraq 1 milyon manatdan 2 milyon manata qaldırılmasına qərar veriblər.

 

Kapitalın artırılması “Finex Kredit”ə yeni istiqraz emissiyası üçün də imkan yaradır. Azərbaycan qanunvericiliyinə görə kredit təşkilatı nizamnamə kapitalının maksumum ikiqatı məbləğində istiqraz emissiya edə bilər.

 

2 MİLYON MANATLIQ İSTİQRAZ BURAXILACAQ

 

““Finex Kredit” 2018-ci ili çox müsbət nəticələr ilə başa vurub. 2019-cu ildə də müştərilərimizin sayı, kredit portfelimiz artır. Bu gün Şəmkirdə filialın açılması ilə "Finex Kredit"in respublika üzrə satış nöqtələrinin sayı 10-a çatıb. Kreditlərimizə tələbin artdığını müşahidə edirik, əlavə vəsaitlərə ehtiyacımız yaranıb. Nizamnamə kapitalının artırılması prosesi yekunlaşdıqdan dərhal sonra istiqraz buraxılışı ilə bazardan 2 milyon manat da cəlb etməyi nəzərdə tuturuq”, - Rəşad Qasımov bildirdi.

 

Rəşad Qasımov əlavə etdi ki, cəlb ediləcək vəsaitlər regionlarda əsasən kənd təsərrüfatı sahəsində fəaliyyət köstərən kiçik və orta sahibkarların maliyyələşdirilməsinə yönəldiləcəkdir.

 

Qeyd edək ki, “Finex Kredit” ASC-nin nizamnamə kapitalı 5 fiziki şəxsə (Şərifov Mobil Famil oğlu, Tağıyeva Şəlalə İslam qızı, İbrahimova Sevda Kamil qızı, Allahverdiyeva Ramine Tokay qızı və Namazov Tahir Çingiz oğlu) məxsusdur.

 

Finex Kredit” BOKT ASC 2013-cü ildə təsisçilər tərəfindən ənənəvi bankçılıq sistemi vasitəsi ilə kredit əldə etmək imkanı olmayan fərdi sahibkarlara davamlı kredit xidməti göstərmək məqsədi ilə təsis edilmişdir.  

15.08.2019 15:24

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ