Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Sığorta şirkəti 2019-cu ilin ilk 6 ayını mənfəətlə başa vurub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sığorta şirkəti 2019-cu ilin ilk 6 ayını mənfəətlə başa vurub

100% “AB Standard” QSC-yə məxsus olan “Standard İnsurance” Sığorta Şirkəti 2019-cu ilin 1-ci yarısını  283 min manat mənfəət ilə başa vurub. Halbuki, şirkəti ötən ilin eyni dövründə zərər etmişdi.

 

“Marja” şirkətin yarımillik hesabatına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-iyun dövründə “Standard İnsurance”ın cəmi gəlirləri 5 milyon 164 min manat, cəmi xərcləri isə 4 milyon 881 min manat təşkil edib. Nəticədə şirkətin 283 min manat mənfəəti qalıb. Mənfəətdən 57 min manat mənfəət vergisi ödənilib.

 

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin 1-ci yarısında “Standard İnsurance”ın cəmi gəlirləri 4 milyon 892 min manat, cəmi xərcləri isə 5 milyon 266 min manat təşkil etmiş və xərclər gəlirləri üstələdiyindən 375 min manat zərər yaranmışdı.

 

Ötən ilin 1-ci yarısı ilə müqayisədə cari ilin 1-ci yarısında “Standard İnsurance”ın gəlirlərinin artması və xərclərinin azalması mənfəətin yaranmasını təmin edib.

 

2019-cu ilin ilk 6 ayın da “Standard İnsurance”ın işçilərinin sayı 13 nəfər artaraq 111 nəfərə çatıb.

 

KAPİTALI ARTIRILIR

 

İyunun 25-də “AB Standard” Standard İnsurance”ın nizamanmə kapitalının 1,6 milyon manat artırılmasına qərar verirb. Proses başa çatdıqdan sonra sığorta şirkətinin nizamnamə kapitalı 12,6 milyon manata yüksələcəkdir. Yeni səhmlər qapalı şəkildə yerləşdiriləcəkdir.

16.08.2019 08:22

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ