Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“İnvestAZ”ın broker xidmətlərindən gəliri 6 dəfədən çox artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“İnvestAZ”ın broker xidmətlərindən gəliri 6 dəfədən çox artıb

“İnvestAZ” İnvestisiya Şirkəti QSC 2019-cu ilin 1-ci yarısı üzrə maliyyə göstəricilərini açıqlayıb.

 

“Marja” xəbər verir ki, cari ilin yanvar-iyun dövründə “İnvestAZ”ın cəmi gəlirləri 1 milyon 474 min manat, o cümlədən likvidliyin təminatı xidmətləri üzrə komissiya gəlirləri 873 min manat, broker xidmətləri üzrə komissiya gəlirləri 565 min manat, digər komissiya gəlirləri 19 min manat, tədris xidmətləri üzrə gəlirlər 14 min manat, xarici valyuta ilə dilinq əməliyyatlarından gəlir 4 min manat təşkil edib.

 

Ötən ilin 1-ci yarısı ilə müqayisədə “İnvestAZ”ın broker xidmətlərindən gəlirləri 6,5 dəfə artıb. 2018-ci ilin 1-ci yarısında “İnvestAZ” broker xidmətlərindən 86,5 min mnata komissiya gəlirləri əldə etmişdi.

 

Cari ilin 1-ci yarısında “İnvestAZ” İnvestisiya Şirkətinin cəmi xərcləri 1 milyon 731 min manat təşkil edib.

 

30 İyun 2019-cu il tarixində “İnvestAZ” 10 milyon 932 min manat cəmi aktivlərə, 8 milyon 934 min manat cəmi öhdəliklərə və 2 milyon manata yaxın cəmi kapitala malik olub. Şirkət 1,6 milyon manat nizamnamə kapitalına malikdir.

16.08.2019 17:25

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ