Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Baramaqurutma məntəqəsi tikiləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Baramaqurutma məntəqəsi tikiləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Baramaçılığın ənənəvi sahə olduğu və intensiv inkişaf etdiyi Zərdab rayonunda yaş baramanın yığılaraq qurudulması üçün məntəqənin tikintisinə hazırlıq işləri görülür.

 

Reklam_3_11

Rayon icra hakimiyyətindən bildirilib ki, məntəqə Çallı kəndində inşa olunacaq və bu məqsədlə 1,4 hektar torpaq sahəsi ayrılıb.

 

Qeyd edək ki, Zərdabda baramaçılığa maraq ildən-ilə artır. Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üzrə Dövlət Proqramı təsərrüfatın bu sahəsinin sürətli inkişafına güclü təkan verib. Təsadüfi deyil ki, cari mövsümdə 1750 qutu (33250 qram) ipəkqurdu toxumundan respublika üzrə ən çox - 65 ton 321 kiloqram barama tədarük edilib. Rayonda 2019-cu ildə əldə olunan məhsul ötən ildəkindən 11 ton 441 kiloqram çoxdur. Zərdab baramaçıları bu il Çindən gətirilən ikinci partiya ipəkqurdu toxumundan da bol məhsul götürüblər.

17.08.2019 08:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ