“Günay Bank”dan mətbuatdakı iddialara rəsmi münasibət

- “Günay Bank” barəsində mətbuatda gedən informasiyalar əsassızdır

 

- Rəsmi cavab almadan xəbər yayıb çaşqınlıq yaratmaq istəyənlər var

 

- Bankın kollektivi çalışdıqları iş yerlərinin belə bir formada tənqidə tutulmasını qeyri-vətəndaş mövqeyi kimi qiymətləndirir

 


 

“Günay Bank” ASC son bir həftə ərzində mətbuatda barəsində gedən informasiyalara rəsmi münasibət bildirib.

 

Bankdan “Marja”ya daxil olmuş açıqlamada bildirilir:

 

“Günay Bank” son bir həftə ərzində mətbuatda barəsində gedən əsassız informasiya axınınına səbr nümayiş etdirib nəhayət rəsmi olaraq bildirir ki, bir sıra media nümayəndələrinin “təhqiqat” xarakterli yazıları ortaya çıxmadan, bu xəbərlərin nə dərəcədə həqiqət olduğunu və onlarla bağlı necə ölçü götürüləcəyini Azərbaycan Respublikasının hüquq mühafizə orqanları daha yaxşı bilir.


“Günay Bank” hər zaman olduğu kimi əzmlə öz əməkdaşlarının səyi və mükəmməl iş birliyi nəticəsində uğurlarını davam etdirir, aparıcı banklarla ayaqlaşır və öz müştərilərinin ona etibarı, həmçinin etimadı zəminində yeniliklərinə imza atır. 


Böyük, eyni zamanda illərlə ailələşməyi bacaran bir kollektivi olan Bankın hər bir üzvü, barəmizdə bir-birinə istinad yayılan xəbərlərdən bank rəhbərliyinə öz narazıçılığını bildirmiş, daim şəffaqlıla çalışdıqları iş yerlərinin belə bir formada tənqidə tutulmasını qeyri-vətəndaş mövqeyi kimi qiymətləndirmişlər. 

 

Bütün KİV-lərə, onların izləyicilərinə, həmçinin məqsədli olaraq heç bir hüquqi əsası olmayan xəbərlə özünü tanıtma, eyni zamanda oxu sayını artırmaq üçün çalışan və nəhayət barəsində məlumat verdiyi qurumun aidiyyəti idarəsindən rəsmi cavab almadan xəbər yayıb çaşqınlıq yaratmaq istəyənlərə bir daha bildiririk ki, Azərbaycan Respublikası rəhbərliyinin ölkədə qurduğu qanunvericiliyə olan nəzarətə əsasən, heç bir kəs vəzifəsindən yaxud ətraf dairəsindən, eyni zamanda qeyri-qanuni fəaliyyət göstərən hər hansı bir qurum güc və fəaliyyətindən asılı olmayaraq cəzasız yaxud ölçüsüz qalmır.


Dövrün məlum iqtisadi və ya digər zərbələrindən çıxaraq öz şərəf və mövqeyini bu günlərə qədər qoruya bilən “Günay Bank” gündəmdə yalnız uğurları və yenilikləri ilə fərqlənə bilər”.

17 Avqust 2019 , 18:37   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin