Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Yaponiyanın ixracı 8 aydır azalır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yaponiyanın ixracı 8 aydır azalır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Yaponiyanın ixracı, avtomobil hissəsləri, yarımkeçirici və avadanlıq satışlarındakı azalmanın təsiri ilə ardıcıl 8 aydır azalır.

 

"Marja" xəbər verir ki, Yaponiya Maliyyə Nazirliyinin məlumatlarına görə, Yaponiyanın ixracı İyulda illik müqayisədə 1,6% azalıb. İqisadçılar 2.3% azalma olacağını gözləyirdilər.

 

İyulda Asiyanın nəhənginin xarici ticarət balansında 249.6 milyard yen (2.34 milyard dollar) kəsir yaranıb.

 

Nazirliyin məlumatlarına görə, avtomobil ehtiyat hissələrinin ixracı 11%, yarımkeçirici ixracı 7.7%, avadanlıqların ixracı isə 14% azalıb.

 

Yaponiyanın Çinə ixracı eyni ayda illik 9.3%, Cənubi Koreyaya ixracı 6.9% azalıb.Yaponiyanın ABŞ-a ixracı 8.4%, Avropa Birliyinə (AB) ixracı 2.2% artıb.

 

Yaponiyanın idxalı İyulda ötən ilin İyul ayı ilə müqayisədə 1.2% azalıb.  

 

ABŞ-Çin arasında ticarət müharibəsi qlobal durğunluq narahatlıqlarını artırır və ixracın azalmasına təsir göstərir. Şirkətlər qlobal iqtisadi durğunluqdan narahatdırlar və bu səbəbdən investisiyalarını təxirə salırlar. İnvestisiyaların azalması avadanlıq satışlarının azalmasına da səbəb olur.

19.08.2019 10:16

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ